Cəlilabadda narkotik çəkib maşın sürən şəxs tutulub - FOTO

Cəlilabad rayonunda narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsi və Post Patrul Xidmətinin əməkdaşları şəhər ərazisində xidmət apararkən hərəkətdə olan “Opel” makalı avtomobilin sürücüsünün şübhəli hərəkətlər etdiyini müşahidə ediblər.
Həmin avtomobil saxlanıldıqdan sonra sükan arxasında olan rayonun Musalı kənd sakini Nasim Allahverdiyevin maşını sürücülük vəsiqəsi olmadan idarə etdiyi müəyyən olunub. Polisin qanuni tələblərinə tabe olmayan sürücü və sərnişin, həmin avtomobilin sahibi, rayonun Ləkin kənd sakini Nemət İmanov tibbi müayinəyə dəvət ediliblər. Müayinə nəticəsində hər iki şəxsin narkotik vasitənin təsiri altında olduğu müəyyən edilib.
N.Allahverdiyev və N.İmanov barəsində Cəlilabad RPŞ-də İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək Cəlilabad Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə hər iki şəxs 10 gün müddətinə inzibati qaydada həbs edilib.


Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR










