Ermənistanda döyüşçü rezervlərinin tükəndiyinin daha bir sübutu - FOTO
Avtosfer Foto
13 Oktyabr 2020 12:57

Sentyabrın 27-dən etibarən Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi üçün apardığı əks-hücum Ermənistanda vəziyyəti daha da kritikləşdirib. Vəziyyət o yerə çatıb ki, işğalçı ölkə döyüşlərə 1-ci Qarabağ müharibəsi iştirakçılarını da məcburi cəlb edir. Hətta özünü qondarma rejimin “prezident”i kimi təqdim edən Araik Arutyunyan feysbuk hesabında paylaşım edərək veteranlarla görüşdüyünü etiraf edib. “Əziz həmvətənlər, vəziyyət ölümcüldür... Birinci Qarabağ müharibəsinin iştirakçıları mübarizədə iştirak edirlər”,- deyə separatçı rejimin rəhbəri qeyd edib.
Bundan əvvəl isə Ermənistanda ordudan son 1 ildə tərxis olunmuş bütün hərbçilərin hərbi komissarlıqlara çağırıldığı məlum olmuşdu. Amma qanuna görə, son 1 ildə tərxis olunmuş çağırışçılar hərbi xidmətə yenidən cəlb oluna bilməz.
Bu, Ermənistan tərəfinin işğalı davam etdirmək üçün hərbi rezervlərinin və insan resursunun tükəndiyini bir daha göstərir.
Bir neçə gün əvvəl sosial şəbəkədə yayılan videoların birində isə qondarma rejimin başçısının erməni əsgərlərini toplayaraq onları döyüşdən geri çəkilməməyə, dincələrək yenidən müharibəyə qayıtmağa çağırdığı görünürdü.
Qeyd edək ki, bu gün Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda da müqaviməti qırılan düşmən bölmələrində kütləvi fərarilik hallarının müşahidə olunduğu vurğulanırdı.


Oxunub : 2908
DİGƏR XƏBƏRLƏR
13 İyun 2026 19:07
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
5 İyun 2026 22:57
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
24 May 2026 18:00
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
21 May 2026 22:03
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
20 May 2026 17:41
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
20 May 2026 12:11
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
7 May 2026 17:18
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
4 May 2026 15:00
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
1 May 2026 16:11
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
30 Aprel 2026 14:48
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
20 Aprel 2026 12:00
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
19 Aprel 2026 23:55
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
ŞƏRH YAZ










