Fərhad Əhmədov şəhid polkovniklə görüşündən yazdı - FOTO
Avtosfer Foto
24 Noyabr 2020 16:19

Rusiyada yaşayan azərbaycanlı iş adamı Fərhad Əhmədov ötən gün minaya düşərək şəhid olan polkovnik Babək Səmidli ilə bağlı xatirələrini bölüşüb. “Qafqazinfo” xəbər verir ki, feysbuk hesabında şəhid polkovnikin yer aldığı görüntüləri paylaşan biznesmen bu fikirləri qeyd edib: “Bu gün artıq dinc Qarabağdan kədərli xəbər gəldi. Cəsarətli və yaraşıqlı bir insan, əsl müharibə qəhrəmanı polkovnik Səmidli Babək mina partlaması nəticəsində həlak olub. Rusiya sülhməramlı zabiti daxil olmaqla, eyni minaya düşmə nəticəsində daha beş nəfər yaralanıb.
Polkovnik Babəklə tanış idik, müharibə bitdikdən sonra Qarabağda tanış olmuşduq.

Müharibəni birinci günündən son gününə qədər keçmiş, ağır əlbəyaxa döyüşlərlə Şuşanı alan bu adam o zaman məndə dərin təəssürat yaratmışdı.
İndi iki hissim var.
Gözəl bir insanın yersiz ölümü səbəbiylə yaranmış təəssüf, hansı ki, müharibəni keçmiş və qalib gəlmişdi, ancaq müharibənin əks-sədası onu sülh dövründə yaxaladı.
İkinci hiss isə qəzəbdir.
.jpg)
İşğalçılar nəinki vətənimizin torpaqlarını məhv və talan ediblər, geri çəkildikdə belə ölüm səpirlər. Utanc.
Qəhrəman polkovnik daima qəlbimizdə yaşayacaqdır”.
Oxunub : 5248
DİGƏR XƏBƏRLƏR
13 İyun 2026 19:07
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
5 İyun 2026 22:57
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
24 May 2026 18:00
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
21 May 2026 22:03
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
20 May 2026 17:41
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
20 May 2026 12:11
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
7 May 2026 17:18
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
4 May 2026 15:00
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
1 May 2026 16:11
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
30 Aprel 2026 14:48
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
20 Aprel 2026 12:00
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
19 Aprel 2026 23:55
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
ŞƏRH YAZ










