Küçədə görmə məhdudiyyətli insanların hərəkətində çətinlik yaradan məqamla bağlı - AÇIQLAMA
Avtosfer Foto
27 Aprel 2021 16:17

Hənifə Ələsgərov və Mərdanov qardaşları küçələrinin kəsişməsində aparılan təmir işləri düzgün icra edilməyib. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, küçələrinin kəsişməsində görmə məhdudiyyətli insanlar üçün səkiyə döşənən taktil plitələrin istiqaməti kanalizasiya qapaqlarına görə dəyişib. Eyni zamanda, məhəccərlər piyada zolağının qarşısını bir qədər kəsib.
Məsələ barədə Bakı Nəqliyyat Agentliyi (BNA) ilə əlaqə saxladıq. BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev oxu.az-a bildirib ki, qurum səkilərdə iş aparılan zaman kommunikasiya quyuları ilə bağlı bənzər problemlərlə rastlaşır: “Qeyd edim ki, maksimum dərəcədə çalışırıq ki, ərazidən keçən xəttin aid olduğu qurum tərəfindən köçürülməsinə nail olaq. Bir çox yerlərdə bu mümkün olub. Quyular nisbətən aşağı salınıb və ya yerləri dəyişdirilib. Amma bəzi yerlərdə vəziyyət bir qədər fərqli olur.
Yəni təhlillər aparılır, əgər həmin xəttin dəyişdirilməsi böyük maliyyə və vaxt tələb edirsə, bu halda layihədə dəyişiklik edilir. Bu zaman əsas diqqət piyadaların və xüsusən görmə məhdudiyyəti olan piyadaların hərəkətinin çətinləşdirilməməsinə yonəldilir”.
Oxunub : 2304
DİGƏR XƏBƏRLƏR
4 Noyabr 2026 14:48
Bakıda "BMW-X5" "Hyundai"la toqquşub klinikaya çırpıldı - FOTOLAR
22 Oktyabr 2026 12:30
“Toyota” bu modelin istehsalına yenidən başlayır: Fərqli mühərriklərlə - FOTO
16 Oktyabr 2026 15:48
Traktorda sürət rekordu - FOTOLAR
13 Oktyabr 2026 13:41
Dəmir yollarımızın 146 illik tarixi və fədakar əməkdaşları – FOTOSESSİYA
4 Oktyabr 2026 09:14
Ucarda "Mercedes" sürücüsü velosipedçini vurub ÖLDÜRDÜ - FOTOLAR
3 Oktyabr 2026 23:36
Yeni “Hyundai Tucson” təqdim edildi – Dizel mühərriklərə əlvida - FOTO
24 Avqust 2026 22:45
“AA” nömrəli maşını elə saxladı ki… - 99-AA-386 - FOTO
17 Avqust 2026 15:00
Bu küçədə yolayrıcıları parkinqə çevrilib – Sakinlər hər gün eyni mənzərə ilə üzləşir - FOTO
9 İyul 2026 13:30
"Kontakt Home"un fırıldağının üstü açıldı - Ödənişlər geri qaytarılacaq - FOTO
13 İyun 2026 19:07
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
5 İyun 2026 22:57
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
24 May 2026 18:00
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
ŞƏRH YAZ












