Kuryerə bəxşiş əvəzinə maşın hədiyyə edildi - FOTO - VİDEO

Pizzaxanada 31 ildir kuryer işləyən Robert Petersə bəxşiş əvəzinə maşın hədiyyə edilib.
REN TV-nin məlumatına görə, hadisə ABŞ-ın İndiana ştatının Tipton şəhərində baş verib.
Müştərilərindən birinin təşəbbüsü ilə başlayan aksiyada Petersə 19 min dollar dəyərində avtomobil alınıb.
Müştərilərin sözlərinə görə, o, hər zaman işinə məsuliyyətlə yanaşıb və müştərilərə müsbət emosiyalar bəxş edib.
“15 sent qalığı qaytarmaq üçün o, bəzən küləkli havada bir neçə km yol qət edə bilər. Bu mənəviyyatdır”, - deyə aksiyanın təşəbbüskarı Tanner Lengli bildirir.
Lenqli kuryerə dəfələrlə bəxşiş vermək istəsə də, Peters hər zaman bundan imtina edib. Nəhayət o, kuryerə yeni bir avtomobil alınması üçün şəhər sakinləri arasında yardım kampaniyasına başlayıb.
Qeyd edilir ki, Petersin özünün avtomobili olub. Ancaq maşın 1993-cü il istehsalı olduğu üçün “tökülürdü”.
Cəmi iki günə sakinlər tələb olunan məbləği topladılar. Lenqli bu pula maşın alaraq, açarı kuryerə təqdim edib.
“Bu hadisələr o qədər sürrealdır ki, inana bilmirəm”, - deyə kuryer bildirib.
"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR
Bu prospektdə hərəkət sxemi dəyişir - Düzünə getmək mümkün olacaq - FOTO
Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR










