“Lamborghini”də qarpız satan şəxs cəzalandırıldı - FOTO - YENİLƏNİB

İstanbulun Beyoğlu rayonunda “Lamborghini” markalı avtomobilin baqajına qarpız yükləyərək bir dənəsini 5 lirəyə satan şəxsin 24 yaşlı iranlı Milad Hatəmi olduğu məlum olub.
Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, qanunvericiliyin 2918 saylı maddəsinə uyğun olaraq, Milad Hatəmiyə 1 228 lirə pul cəzası kəsilib, bundan əlavə, avtomobilinə isə 15 gün həbs qoyulub.
Qeyd edək ki, Hatəmi, ölkəsində sosial şəbəkə fenomeni olduğunu və internetdə yayımlamaq üçün avtomobilində qarpız satdığını bildirib.
<><><>2020-09-02 <><><>15:31<><><><><
Türkiyənin İstanbul şəhərində bahalı avtomobilinə yığdığı qarpızı satan şəxsin görüntüləri sosial şəbəkədə yayımlanıb. Avtosfer.az xəbər verir ki, maraqlı hadisə Beyoğlu rayonunda qeydə alınıb.
Kadrlarda, ərəb ölkələrinin birindən olan vətəndaşın qarpızları lüks avtomobilinin baqajına yığaraq yol kənarında satdığı görülür. Qarpızın birini 5 lirəyə (1,16 AZN) satdığını elan edən əcnəbi, ətrafdakıların da diqqətini çəkib. Bu arada, qarpız almaq istəyən bir neçə vətəndaşın növbəyə dayandığı da görüntülənib.
Jurnalistlərin çəkilişindən narahat olan qarpızsatan, məhsulu yol kənarına tökərək avtomobili ilə ərazidən uzaqlaşıb.
Namiq Musayev



"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR
Bu prospektdə hərəkət sxemi dəyişir - Düzünə getmək mümkün olacaq - FOTO
Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR










