Mühərrik ustası avtomobil hissələrindən rock musiqiçi hazırladı - FOTOLAR

Türkiyənin Düzce vilayətində mühərrik ustası tullantı avtomobil parçalarından insan hündürlüyündə gitara ifa edən rock musiqiçi hazırlayıb. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, Murad Çətin adlı usta əsərini tullantı avtomobil hissələrindən 3 ay ərzində başa gətirib və düzəltdiyi rock musiqiçisini işlədiyi təmir sexində nümayiş etdirir.
Onun sözlərinə görə, təmir üçün gələn avtomobil sahibləri, gördükləri “rock”çunu maraqla izləyərək bir sonrakı gəlişlərində uşaqlarını da özləri ilə gətirirlər. Onlar fotoşəkillər çəkdirərək sosial şəbəkədə paylaşır və şəbəkə istifadəçilərinin bütün şərhlərini mənimlə bölüşürlər.
Çətin qeyd edib ki, o, bundan əvvəl tullantı hissələrdən minyatür motosiklet, şəkilçəkən, avtomobil və bir sıra obyektlər də hazırlayıb. Usta növbəti hədəfinin 3 metr hündürlükdə əlində Türk bayrağı daşıyan əsgər düzəltmək olduğunu söyləyib.
Namiq Musayev







Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO










