Nazir vətəndaşlara səsləndi: düşmənin bu hiyləsinə inanmayın - FOTO

Nəqliyyat rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə öz "Facebook" səhifəsində sosial şəbəkə istifsdəçilərinə xəbərdarlıq edərək bildirib ki, düşmən əks-təbliğat aparmaq məqsədilə məlumat əldə etməyə çalışır.
Avtosfer.az-ın məlumatına görə Ramin Quluzadə qeyd edib ki, Ermənistan tərəfi öz uğursuzluqlarını pərdələmək üçün saxta xəbərlər yaymaqda davam edir. Belə ki, düşmən tərəfi əks-təbliğat aparmaq məqsədilə müxtəlif kanallar – “WhatsApp”, “Telegram”, sosial şəbəkələr üzərindən vətəndaşlarımıza yazaraq özlərini bizdən biri kimi qələmə verir və guya qələbəyə həsr olunmuş film çəkilişində istifadə etmək üçün əldə olan videogörüntülərin təqdim edilməsini istəyirlər. Bunun qarşılığında isə vətəndaşlara müəyyən pul məbləği təklif edilir. Məqsəd Azərbaycan əleyhinə məlumatlar yaymaqla əks-təbliğat aparmaqdır.
Vətəndaşlardan xahiş olunur ki, tanımadığı şəxslərdən gələn bu cür mesajlara etimad edib qarşı tərəfə informasiya ötürməsinlər, fərdi məlumatlarını təqdim etməsinlər və bu kimi mesajları ''spam'' olaraq şikayət etsinlər.
Həmçinin bu kimi hallarla üzləşdikdə www.cert.az saytı və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə məlumat versinlər.
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR









