Piyadaların hərəkətinə mane olan qaz xətti torpağın altına köçürüldü - FOTO
Avtosfer Foto
10 Fevral 2021 16:54

Bakının Nərimanov rayonu Ələsgər Qayıbov küçəsində piyadaların hərəkətinə mane olan qaz xəttinin bir hissəsi torpağın altına köçürülüb. Bu barədə “Azəriqaz” İstehsalat Birliyi (İB) məlumat yayıb. Bildirilib ki, bir müddət öncə “Bakmil” stansiyasının qarşısında yerləşən küçədə çəkilən foto sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu.
“Azəriqaz” İB açıqlamasında qeyd etmişdi ki, qaz xətti ərazidə çoxdan yerləşir: “Piyada keçidinin olduğu yaşıllıq ərazisi isə sonradan yaradılıb. Lakin buna baxmayaraq tez bir zamanda həmin yerdən hərəkət edən insanların rahatlığı üçün müvəqqəti olaraq daş hörgülü pilləkənlər quraşdırıldı. Artıq “Azəriqaz” İB-nin Təmir-Tikinti İdarəsi müvəqqəti piyada keçidini tamamilə ləğv edərək ərazidə qaz xəttinin bir hissəsini torpağın altına köçürüb. Beləliklə, piyadaların hərəkəti üçün tam normal şərait yaradılıb”.
Oxunub : 4218
DİGƏR XƏBƏRLƏR
4 Noyabr 2026 14:48
Bakıda "BMW-X5" "Hyundai"la toqquşub klinikaya çırpıldı - FOTOLAR
22 Oktyabr 2026 12:30
“Toyota” bu modelin istehsalına yenidən başlayır: Fərqli mühərriklərlə - FOTO
16 Oktyabr 2026 15:48
Traktorda sürət rekordu - FOTOLAR
13 Oktyabr 2026 13:41
Dəmir yollarımızın 146 illik tarixi və fədakar əməkdaşları – FOTOSESSİYA
4 Oktyabr 2026 09:14
Ucarda "Mercedes" sürücüsü velosipedçini vurub ÖLDÜRDÜ - FOTOLAR
3 Oktyabr 2026 23:36
Yeni “Hyundai Tucson” təqdim edildi – Dizel mühərriklərə əlvida - FOTO
24 Avqust 2026 22:45
“AA” nömrəli maşını elə saxladı ki… - 99-AA-386 - FOTO
17 Avqust 2026 15:00
Bu küçədə yolayrıcıları parkinqə çevrilib – Sakinlər hər gün eyni mənzərə ilə üzləşir - FOTO
9 İyul 2026 13:30
"Kontakt Home"un fırıldağının üstü açıldı - Ödənişlər geri qaytarılacaq - FOTO
13 İyun 2026 19:07
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
5 İyun 2026 22:57
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
24 May 2026 18:00
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
ŞƏRH YAZ












