Polis işçisi “BMW” ilə qəza törətdi; maşın hasardan asılı qaldı - FOTO

Ukraynanın Çernovçax əyalətində polis əməkdaşı yol-nəqliyyat hadisəsi törədib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, qəza sentyabrın 12-də gecə saatlarında baş verib.
Məlumata görə, Dövlət Milli Polis İdarəsinin əyalət üzrə bölmələrinin birində çalışan adı açıqlanmayan 31 yaşlı polis əməkdaşı, yüksək sürətlə idarə etdiyi “BMW” markalı avtomobillə hərəkətdə olarkən, sükan idarəetməsini itirib. İdarəetmədən çıxan nəqliyyat vasitəsi əvvəlcə svetofora çırpılaraq aşırıb, daha sonra isə havaya qalxaraq bir yaşayış evinin hasarının üzərində asılı qalıb. Qəzadan sonra sürücü hadisə yerindən yayınıb.
Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.
Bildirilib ki, yol-nəqliyyat hadisəsini törədən polis əməkdaşı qəza zamanı vəzifə başında olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Namiq Musayev



Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR










