Reys avtobusu qəzaya uğradı; 30 nəfər xəsarət aldı - FOTO
Avtosfer Foto
19 Avqust 2020 14:35

Türkiyənin Afyonkarahisar vilayətində reys avtobusunun iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az DHA-ya istinadən xəbər verir ki, hadisə avqustun 19-da yerli saatla səhər 04:00 radələrində Afyonkarahisar – Antalya avtomagistralının 50-ci kilometrliyində qeydə alınıb.
Məlumata görə, Alanya - Bursa reysini həyata keçirən, Ziya Karamürsəlin idarə etdiyi 35 PK 367 qeydiyyat nömrə nişanlı sərnişin avtobusu, sürücünün idarəetməsindən çıxaraq yol kənarına düşüb.
Qəza nəticəsində xəsarət alan 30 nəfər, hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının köməkliyi ilə Sandıklı Dövlət Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Namiq Musayev


Oxunub : 3142
DİGƏR XƏBƏRLƏR
4 Noyabr 2026 14:48
Bakıda "BMW-X5" "Hyundai"la toqquşub klinikaya çırpıldı - FOTOLAR
22 Oktyabr 2026 12:30
“Toyota” bu modelin istehsalına yenidən başlayır: Fərqli mühərriklərlə - FOTO
16 Oktyabr 2026 15:48
Traktorda sürət rekordu - FOTOLAR
13 Oktyabr 2026 13:41
Dəmir yollarımızın 146 illik tarixi və fədakar əməkdaşları – FOTOSESSİYA
4 Oktyabr 2026 09:14
Ucarda "Mercedes" sürücüsü velosipedçini vurub ÖLDÜRDÜ - FOTOLAR
3 Oktyabr 2026 23:36
Yeni “Hyundai Tucson” təqdim edildi – Dizel mühərriklərə əlvida - FOTO
24 Avqust 2026 22:45
“AA” nömrəli maşını elə saxladı ki… - 99-AA-386 - FOTO
17 Avqust 2026 15:00
Bu küçədə yolayrıcıları parkinqə çevrilib – Sakinlər hər gün eyni mənzərə ilə üzləşir - FOTO
9 İyul 2026 13:30
"Kontakt Home"un fırıldağının üstü açıldı - Ödənişlər geri qaytarılacaq - FOTO
13 İyun 2026 19:07
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
5 İyun 2026 22:57
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
24 May 2026 18:00
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
ŞƏRH YAZ












