Tanınmış bacılar izləyiciləri ilə birgə Gəncəyə 84 000 manat yardım topladı - FOTOLAR

Hazırda ölkəmizdə zəfər müharibəsi, müqəddəs vətən müharibəsi gedir. Qorxaq düşmənlər isə ordumuza döyüş meydanında cavab verə bilmədiyi üçün yaşayış bölgələrimizə raket zərbələri endirirlər. Lakin bunaların heç biri nə ordumuzu nə də xalqımızı qorxudur. Biz vətən müharibəmizə davam edirik. Xalqımız misli görünməyən mərdlik, birlik həmrəylik nümayiş etdirir. İnsanlarımız öz dövlətinə sadiqdir, onunla birdir. Döyüşmək istəyənlər kim, orduya, terrorda ziyançəkənlərə yardım edənlər kim. Hər kəs bir yumruq kimi birləşib. Baxmayaraq ki, dövlətimiz Gəncə terrorunda ziyan çəkənlərə lazımı maddi-mənəvi yardımı təmin edir, lakin insanlarımız da dövlətimizə öz dəstəyini bildirmək üçün əlindən gələni edir. Rusiyada yaşayan məşhur blogerlər olan Fəridə və Aidə Əliyeva bacıları öz instagram izləyicilərindən Gəncə terrorunda zərərçəkənlərə maddi yardım edilməsi üçün 84 000 manat (3 mln 9 yüz min rubl) məbləğində vəsait toplayıb. Bu məbləğin Gəncədə zərəçəkən ailələrə paylanılması isə Hacı Nuran Hüseynov, Aqrar İnkişaf Könüllüləri və Aytəkin Məmmədova tərəfindən təşkil edilmişdi. Ümumilikdə 80 ailəyə maddi yardım, 15 ailəyə isə ərzaq yardımı edilmişdi.
Avtodayanacaqda iki avtomobildən 30 milyon dollar oğurlanıb – Polis 4 nəfəri axtarır - FOTO
Hibrid avtomobil necə ortaya çıxdı? - FOTO
İlk avtomobil patentinin günü - FOTO
Bahalı kortej yox, sadə avtomobil: Hansı ölkə rəhbərləri ucuz maşın seçir? - ARAŞDIRMA
Azərbaycanlıların ilk tanış olduğu “xarici maşın”lardan birinin ildönümü - FOTO
Almanlara İran şahından yadigar qalan "Gelandewagen" - FOTO
Bu küçədə səki illərdir parkinqə çevrilib - FOTO
Bakıdakı bu ərazidə hərəkətin təşkili belə olmalıdır – TƏKLİF - FOTO
Formula-1 yarışlarının təhlükəsizlik avtomobilləri - FOTO
"Ferrari"nin əfsanəvi modeli HƏRRACDA - FOTO
Transformerlərə bənzəyən avtomobil təqdim olundu - FOTOLAR


















