Sərxoş sürücü 1 təkəri olmayan “Range Rover”lə polisdən qaçmağa çalışdı - FOTO

İngiltərədə polis, təkərinin biri olmayan avtomobillə təqibdən qaçan sərxoş sürücünü saxlayıb.
Avtosfer.az xəbər verir ki, hadisə Şropşir qraflığında qeydə alınıb.
Məlumata görə, polisin təqibindən yayınmağa çalışan sərxoş sürücü, sürətlə idarə etdiyi “Range Rover Sport” markalı avtomobili arakəsməyə çırparaq sol ön təkərini itirib. Bir müddət davam edən qaçdı-qovdu, qayda pozucunun təslim olması ilə sona çatıb.
Bildirilir ki, daha sonra patrul əməkdaşları, “Range Rover”in itmiş təkərini, avtomobilin olduğu yerdən 1,5 kilometr uzaqda tapıblar.
Avtomobilinin üzərində, “Sərxoş deyiləm, yalnız çuxurlardan qaçıram” sözləri yazılan sürücü, hadisə ilə bağlı danışmaqdan imtina edib.
Hazırda o, sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə, həbs olunub.
Namiq Musayev


Bakıda "BMW-X5" "Hyundai"la toqquşub klinikaya çırpıldı - FOTOLAR
“Toyota” bu modelin istehsalına yenidən başlayır: Fərqli mühərriklərlə - FOTO
Traktorda sürət rekordu - FOTOLAR
Dəmir yollarımızın 146 illik tarixi və fədakar əməkdaşları – FOTOSESSİYA
Ucarda "Mercedes" sürücüsü velosipedçini vurub ÖLDÜRDÜ - FOTOLAR
Yeni “Hyundai Tucson” təqdim edildi – Dizel mühərriklərə əlvida - FOTO
“AA” nömrəli maşını elə saxladı ki… - 99-AA-386 - FOTO
Bu küçədə yolayrıcıları parkinqə çevrilib – Sakinlər hər gün eyni mənzərə ilə üzləşir - FOTO
"Kontakt Home"un fırıldağının üstü açıldı - Ödənişlər geri qaytarılacaq - FOTO
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO












