Sovet avtomobillərini heç belə görmədiniz – FOTOLAR

Avtosfer Foto 2 Mart 2021 18:00 Oxunub 2306
Sovet avtomobillərini heç belə görmədiniz – FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Keçmiş Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) bir çox adlarda avtomobil modelləri istehsal edib. SSRİ nə qədər qapalı ittifaq olsa da, "soyuq müharibə" dövründə belə xarici bazarlar üçün ayrı-ayrı adlarla avtomobillər istehsal edirdi. Hətta, həmin bazarlar arasında SSRİ-nin 20-ci əsrdə əsas rəqibi olmuş Amerika bazarı da var idi.

Avtosfer.az SSRİ-nin xarici bazarlar üçün istehsal etdiyi ən populyar avtomobillərin siyahısını təqdim edir:

Lada 1300 ES

SSRİ-nin 1980-ci illərdə istehsal etdiyi "Lada 1300 ES" modeli İngiltərə bazarı üçün nəzərdə tutulmuşdu. Bu avtomobili alan şəxslər daha çox lüks axtarışında olan, ancaq aşağı və orta təbəqənin nümayəndələri idi. Hətta, Böyük Britaniyada "Lada 1300 ES" modeli "kasıb avtomobili" adını qazanmışdı. "Lada 1300 ES"-in göstəriciləri və xarici görünüşü "VAZ-2101" modelinə çox bənzəyirdi.

Lada modelləri

1986-1991-ci illərdə istehsal edilmiş "Lada Signet" modeli günümüzün populyar rus avtomobili olan "VAZ-2107"-nin xarici bazarlar üçün istehsal edilmiş buraxılışı idi. Bu model xarici bazarlar üçün "Lada Nova" (Qərbi Avropa ölkələri) və "Lada Riva" (Böyük Britaniya) adları ilə də istehsal edilib.

"Lada Signet" modeli isə Amerika bazarı üçün buraxılırdı. Avtomobilin Qərbi Avropa bazarları üçün hazırlanan "Lada Nova Spezial" adlı gücləndirilmiş buraxılışı da olub.

"Konela Lada 2107 Turbo" adlanan buraxılış isə 1986-1988-ci illərdə Finlandiya bazarı üçün istehsal edilib.

Lada Natasha

Ladanın "Natasha" adlanan modeli Belçika şirkəti ilə birgə istehsal olunaraq, ilk dəfə 1990-cı ildə Brüssel avtosalonunda təqdim edilib. Bu avtomobil "Lada 2108" modelinin xarici bazar üçün xüsusi buraxılışı idi.

Lada Samara 1.3L Springer

Bu model isə Ladanın Böyük Britaniya bazarı üçün hazırladığı xüsusi buraxılış olub. Avtomobilin mühərrikinin həcmi 1.3 olub.

Lada 4x4 Niva Poch və Plein Soleil

1980-cı ildə fransız mühəndislər tərəfindən Ladanın "4X4" versiyasında hazırlanan "Niva Poch" və "Plein Soleil" modelləri SSRİ-nin xarici bazara çıxardığı ilk ofroyder avtomobillər olub. "Niva Poch" modeli SRRİ tərəfindən "Paris-Dakar" yarışlarına da göndərilib. Ladanın bu buraxılışları Almaniyada da çox populyarlıq qazanıb.

Lada Niva California

"Lada Niva California" buraxılışı 1980-ci illərdə ABŞ-da və Qərbi Avropa ölkələrində böyük populyarlıq qazanıb. Hətta, Amerikada bu modelin satışı 2009-cu ilə qədər davam edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh