Sürücü qayda pozmadığı halda cərimələndi - Müəmmalı protokol - FOTO

Bakıda sürücü qayda pozmadığı halda yol polisi tərəfindən cərimələnib. Bu barədə sürücü Məzahim Rəhimov Avtosfer.az-a şikayət ünvanlayıb. O bildirir ki, martın 14-ü idarə etdiyi 99-KM-991 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobillə paytaxtın Nəsib bəy Yusifbəyli küçəsində hərəkət edərəkən yerdəki 1.18 nişanlanmasının tələbinə riayət edərək sola dönüb. Bu zaman həmin ərazidə xidmət aparan Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin inspektoru polis baş serjantı İsmayıl Şirinov onu dayandıraraq yol nişanının tələbini pozduğunu bildirib və barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə tətbiq edib. Sürücü yazılmış cərimənin əsassız olduğunu bildirərək ləğv olunmasını xahiş edir.
Qeyd edək ki, sözügedən küçədə nişanlar arasında ziddiyət var. Belə ki, yerdə 1.18 nişanlanması düzünə və sola, dirəkdə quraşdırılmış nişan isə hərəkətin düzünə və sağa məcburi olduğunu bildirir. Qanunvericiliyin tələbinə görə məcburi hərəkət istiqaməti nişanı 1.18 nişanlanması ilə birgə tətbiq edilə bilməz. Həmin nişanlanma xətti yalnız 5.8.1 və 5.8.2 nişanları ilə birgə tətbiq edilməlidir. Nişanlar arasında ziddiyətin olmasına görə sürücünün cərimələnməsi doğru hesab olunmur. Həmin küçədə hərəkət edən sürücü nişanlardan birini əsas götürərək göstərilən istiqamətlər üzrə hərəkət edə bilər.
Ümid edirik Dövlət Yol Polisi İdarəsi məsələ ilə bağlı açıqlama verəcək.
Fərid
"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR
Bu prospektdə hərəkət sxemi dəyişir - Düzünə getmək mümkün olacaq - FOTO
Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR











