Sürücü ədəbsiz hərəkətinə görə 3030 manat cərimələndi - FOTO
Avtosfer Foto
7 Avqust 2020 08:32

Almaniyada sürücü ədəbsiz jestinə görə 1500 avro (3030 manat) cərimələnib. Avtosfer.az xəbər verir ki, 26 yaşlı “BMW X5” markalı avtomobilin sürücüsü 70-lik yolda 81-lə radara düşüb və o, yol kənarında quraşdırılmış avtomatik sürət kompleksinə orta barmağını göstərib.
Yuxarı Frankoniya polisinin rəsmi “Facebook” səhifəsində dərc etdiyi məlumatda bildirilir ki, normal vəziyyətdə ona 20 avro cərimə tətbiq ediləcəkdi, ancaq sürücünün bu ədəbsizliyi yerli hökumətin xoşuna gəlməyib və məbləğ 75 dəfə artırılıb.
Bundan əlavə, o, 1 aylıq sürücülük vəsiqəsindən də məhrum edilib.
Namiq Musayev

Oxunub : 4338
DİGƏR XƏBƏRLƏR
4 Noyabr 2026 14:48
Bakıda "BMW-X5" "Hyundai"la toqquşub klinikaya çırpıldı - FOTOLAR
22 Oktyabr 2026 12:30
“Toyota” bu modelin istehsalına yenidən başlayır: Fərqli mühərriklərlə - FOTO
16 Oktyabr 2026 15:48
Traktorda sürət rekordu - FOTOLAR
13 Oktyabr 2026 13:41
Dəmir yollarımızın 146 illik tarixi və fədakar əməkdaşları – FOTOSESSİYA
4 Oktyabr 2026 09:14
Ucarda "Mercedes" sürücüsü velosipedçini vurub ÖLDÜRDÜ - FOTOLAR
3 Oktyabr 2026 23:36
Yeni “Hyundai Tucson” təqdim edildi – Dizel mühərriklərə əlvida - FOTO
24 Avqust 2026 22:45
“AA” nömrəli maşını elə saxladı ki… - 99-AA-386 - FOTO
17 Avqust 2026 15:00
Bu küçədə yolayrıcıları parkinqə çevrilib – Sakinlər hər gün eyni mənzərə ilə üzləşir - FOTO
9 İyul 2026 13:30
"Kontakt Home"un fırıldağının üstü açıldı - Ödənişlər geri qaytarılacaq - FOTO
13 İyun 2026 19:07
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
5 İyun 2026 22:57
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
24 May 2026 18:00
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
ŞƏRH YAZ












