Türk polisi Azərbaycana belə dəstək oldu - FOTOLAR

Türkiyənin Van əyalətində polis əməliyyat zamanı ələ keçirdiyi külli miqdarda narkotik bağlamaları ilə Azərbaycana dəstək olmaq üçün fləşmob hazırlayıb. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, Tuşba Rayon Polis İdarəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman, hərəkətdə olan avtomobili saxlayıblar. “Bobi” ləqəbli kinoloq itin də iştirak etdiyi axtarışda, nəqliyyat vasitəsinin baqajından 200 ədəd bağlama olan, çəkisi ümumilikdə 102 kiloqram 335 qram təşkil edən heroin aşkar edilib. Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan maşının sürücüsü M.Ş, həbs olunub.
Rayon Polis İdarəsinin əməkdaşları ələ keçirdikləri heroinlərlə idarənin həyətində “Qarabağ” sözləri yazaraq, “Azərbaycan tək deyil” fotosu yayımlayaraq Azərbaycana dəstək veriblər.
Namiq Musayev






Bakıda "BMW-X5" "Hyundai"la toqquşub klinikaya çırpıldı - FOTOLAR
“Toyota” bu modelin istehsalına yenidən başlayır: Fərqli mühərriklərlə - FOTO
Traktorda sürət rekordu - FOTOLAR
Dəmir yollarımızın 146 illik tarixi və fədakar əməkdaşları – FOTOSESSİYA
Ucarda "Mercedes" sürücüsü velosipedçini vurub ÖLDÜRDÜ - FOTOLAR
Yeni “Hyundai Tucson” təqdim edildi – Dizel mühərriklərə əlvida - FOTO
“AA” nömrəli maşını elə saxladı ki… - 99-AA-386 - FOTO
Bu küçədə yolayrıcıları parkinqə çevrilib – Sakinlər hər gün eyni mənzərə ilə üzləşir - FOTO
"Kontakt Home"un fırıldağının üstü açıldı - Ödənişlər geri qaytarılacaq - FOTO
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO












