Yasa gedənləri aparan “Mercedes” aşdı; 13 nəfər xəsarət aldı - FOTO
Avtosfer Foto
17 Avqust 2020 13:25

Türkiyənin Bolu vilayətində mikroavtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az DHA-ya istinadən xəbər verir ki, hadisə avqustun 17-də yerli saatla 04.30 radələrində Çaydurt istiqamətində qeydə alınıb.
Məlumata görə, İstanbuldan Siirtə yasa gedənlərin içində olduğu, 41 yaşlı Şəmsəddin Kumekin idarə etdiyi 34 LME 964 qeydiyyat nömrə nişanlı “Mercedes” markalı mikroavtobusla, hərəkətdə olan zaman təkəri partlayıb. Bundan sonra idarəetmədən çıxan “Mercedes” aşıb.
Qəza nəticəsində 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə, hadisə yerinə çağırılan ambulanslarla xəstəxanaya çatdırılıblar. Palatalara yerləşdirilən yaralıların səhhətinin normal olduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Namiq Musayev



Oxunub : 2492
DİGƏR XƏBƏRLƏR
4 Noyabr 2026 14:48
Bakıda "BMW-X5" "Hyundai"la toqquşub klinikaya çırpıldı - FOTOLAR
22 Oktyabr 2026 12:30
“Toyota” bu modelin istehsalına yenidən başlayır: Fərqli mühərriklərlə - FOTO
16 Oktyabr 2026 15:48
Traktorda sürət rekordu - FOTOLAR
13 Oktyabr 2026 13:41
Dəmir yollarımızın 146 illik tarixi və fədakar əməkdaşları – FOTOSESSİYA
4 Oktyabr 2026 09:14
Ucarda "Mercedes" sürücüsü velosipedçini vurub ÖLDÜRDÜ - FOTOLAR
3 Oktyabr 2026 23:36
Yeni “Hyundai Tucson” təqdim edildi – Dizel mühərriklərə əlvida - FOTO
24 Avqust 2026 22:45
“AA” nömrəli maşını elə saxladı ki… - 99-AA-386 - FOTO
17 Avqust 2026 15:00
Bu küçədə yolayrıcıları parkinqə çevrilib – Sakinlər hər gün eyni mənzərə ilə üzləşir - FOTO
9 İyul 2026 13:30
"Kontakt Home"un fırıldağının üstü açıldı - Ödənişlər geri qaytarılacaq - FOTO
13 İyun 2026 19:07
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
5 İyun 2026 22:57
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
24 May 2026 18:00
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
ŞƏRH YAZ












