Yeni Porsche hiperkarı 2025-ci ildə debüt edə bilər - FOTO

Porsche şirkətinin rəhbəri Oliver Blyum, Porsche 918 Spyder modelinin davamçısı olacaq yeni hiperkarın 2025-ci ildən əvvəl işıq üzü görməyəcəyini bildirib. Top menecer hiperkarın yaradılmasının əsas məqsəd olmadığını söyləyib.
"Autocar" nəşrinin bildirdiyinə görə, Porsche şirkətinin son bir ildəki fəaliyyətinin nəticələrinə həsr olunmuş illik konfransda Oliver Blyum, Porsche 918 Spyder superhibridinin davamçısının yaradılmasının hələ də aktual olduğunu, lakin bunun 2025-ci ilə qədər baş verməyəcəyini söyləyib - çünki bu günə alman markasının başqa prioritetləri var.
2019-cu ildə keçirilmiş Cenevrə avtosalonunda top menecer yeni hiperkarın yaradılması perspektivləri barədə eyni sözləri demişdi, amma sonra bunu batareya texnologiyalarının hələ də Porsche şirkətinin tələblərini təmin edəcək səviyyəyə çatmaması ilə əlaqələndirmişdi.
İndi isə, Blyumun sözlərinə görə, alman markası model çeşidinin elektrikləşdirilməsinə istiqamətlənib və 2021-ci ildə həm satılan avtomobillərin sayı, həm də əməliyyat mənfəəti üzrə yeni rekord əldə etmək niyyətidədir.
Ultrabahalı hiperkarın isə hər iki məqsədlə heç bir əlaqəsi yoxdur, buna görə də onu dörd - beş il ərzində gözləmək lazım olacaqdır. 918 Spyder modelinin davamçısının hibrid və ya elektrokar olacağı hələlik məlum deyil. Porsche superhibridinin son, 918-ci nüsxəsi, 2015-ci ilin yayında buraxılıb. Qeyd etmək lazımdır ki, superhibridin bütün tirajı 2014-cü ildə tamamilə satılmışdı. (autograph.az)






Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR










