Yolda qalan sürücü ona yaxınlaşan polislə bağlı nazirə müraciət etdi - FOTO

Oxuculardan biri polis əməkdaşının təqdirəlayiq hərəkəti ilə bağlı redaksiyamıza müraciət ünvanlayıb. Avtosfer.az">Avtosfer.az xəbər verir ki, Rəşad Axundov adlı sürücü Bakı-Ələt yolu ilə hərəkət edən zaman idarə etdiyi avtomobildə nasazlıq yaranıb. 2 saat ərzində köməksiz vəziyyətdə qalan sürücü başına gələnləri bizə danışıb.
"Avtomobilimdə nasazlıq yarandığı üçün demək olar ki, 2 saatdan çox yolda qaldım. Bu zaman oradan keçən 90-AP-524 qeydiyyat nişanlı avtomobil dayanaraq sürücüsü Elşad Məmmədyarov adlı polis zabiti mənə yaxınlaşıb necə köməklik edə biləcəyini soruşdu.
O, avtomobilimin işə salınması üçün usta çağırdı və şəxsən özü bir neçə zəruri olan tədbirlər gördü. Avtomobilimdəki nasazlıq aradan qaldırılanadək isə yanımda oldu və hərəkətə başladıqdan sonra bir neçə kilometr məni müşayiət etdi".
Sürücü polis əməkdaşının bu hərəkətinə görə Daxili İşlər naziri Vilayət Eyvazova və Cəbrayıl Rayon Polis Şöbəsinin həmin əməkdaşı Elşad Məmmədyarova təşəkkürünü bildirir.
Təbriz
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR








