Azərbaycanlıların toy karvanı Rusiyada səs-küy saldı – 5 nəfər tutuldu - VİDEO
Rusiyanın Krasnoyarsk vilayətində bahalı maşınlardan ibarət kortej Nikolayev körpüsünü tutub. Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoya gələn şərhlərdən belə başa düşmək olar ki, bu, toy karvanıdır. Azərbaycanlı bəyin həmyerliləri və dağıstanlı dostları toy karvanında elə hərəkətlərə yol veriblər ki, bu hadisə bütün Krasnoyarsk vilayətinə səs-küy salıb. Belə ki, toy karvanı körpüdə dayanaraq bütün hərəkəti məhdudlaışdırıb. Öndə gedən bir “Lexus” qarşıya keçib və geriyə sürərək kortejin önünə düşüb. Digər avtomobillər isə asta sürətlə onu izləyib. “Lexus”un lyukundan çəkiliş edildiyi görünür. Yalnız bundan sonra yolda hərəkət davam edir və digər maşınlar onları ötüb keçir.
Toy karvanında “BMW”, “Porcshe”, “Lexux” və “Mercedes” markalı avtomobillər iştirak edib. Təxminən bir neçə dəqiqə sonra Krasnoyarsk vilayətinin Yol Polisi Alayının əməkdaşları toy karvanını saxlayaraq xuliqanlıq edənləri cərimə edib. Qayda pozuntusuna görə 5 sürücü saxlanılıb. Onların hər birinə 5 min rubl (125 manat), ümumilikdə 25 min rubl (630 manat) cərimə yazılıb. Polis Alayında dindirilən sürücülər əməllərindən peşman olduqlarını bildirsələr də, hazırda bu hadisə Krasnoyarsk vilayətində geniş rezonans doğurub və yerli sakinlər qafqazlılalara, xüsusən də azərbaycanlılara ikrah hissi ilə yanaşır, mənfi fikirlər səsləndirirlər.
Elmin
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO














