Məktəbdə şagirdə təcavüz edən şəxs cinayət məsuliyyətinə cəlb edildi - VİDEO - YENİLƏNİB

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Avtosfer.az-a bildirib ki, həmin şəxs tutularaq cinayət məsuliyyətinə cəlb edilib. Araşdırmalar davam etdirilir.
16:38 28.10.2022
Paytaxtın Nərimanov rayonunda yerləşən 212 saylı orta məktəbin şağirdi cinsi qısnamaya məruz qalıb. Həmin hadisənin görüntüləri anabaan məktəbin nəzarət kamersına düşüb. Bu barədə məktəblinin atası Samir Alıyev Avtosfer.az-ın qaynar xəttinə məlumat verib. Onun sözlərinə görə, 11 yaşlı qızı, dərs bitdikdən sonra məktəbin dəhlizində onun gəlməsini gözləyib. Bu zaman, naməlum şəxs onun qızını cinsi qısnamaya məruz qoyub: “Mən yolda olarkən həyat yoldaşım zəng edib dedi ki, qızım cinsi qısnamaya məruz qalması ilə bağlı mənə zəng edib, tez özünü məktəbə çatdır. Mən, məktəbə çatan vaxt həmin naməlum şəxsi tutdum və polisə təhvil vermək üçün onu zərərsizləşdirməyə çalışdım. Bu zaman, ətrafda olan insanlar bizim dava etdiyimizi düşünərək onu əlimdən aldı. Həmin şəxs vəziyyətdən çıxaraq qaçıb getdi. Həmin hadisənin videosundan hər şey aydın şəkildə görünür. Orta yaşlı naməlum şəxs qızımı öncə danışdırmağa başlayıb, daha sonra isə divardan asılmış məlumat lövhəsinin qarşısına apararaq onunla söhbəti orada davam etdirib. Yaxınlıqda heç kimin olmadığını gördükdən sonra isə qızımın yaxasını açaraq, onu cinsi qısnamaya məruz qoyub. Görüntüdən aydın şəkildə görünür ki, məktəbin nəzarətçisi həmin şəxsin kim olduğunu, məktəbə niyə daxil olduğunu soruşmur və bütün olanları kənardan izləyir”. – deyərək məktəblinin atası bildirib.
S.Alıyev bildirir ki, məsələ ilə bağlı dərhal Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə məlumat verib. Bundan sonra o, Nərimanov rayon 17-ci Polis Bölməsinə dəvət olunaraq izahatı alınıb.
Məktəblinin atası Samir Alıyev Daxili İşlər Naziri cənab Vilayət Eyvazovdan həmin şəxsin tez bir zamanda tapılıb məsuliyyətə cəlb edilməsini xahiş edir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Avtosfer.az-a açıqlmasında bildirib ki, məsələ ilə bağlı bütün zəruri tədbirlər görülür. Həmin şəxsin müəyyən olunması istiqamətində əməliyyat-axtarış qrupu çalışır.
Nərminə Əli
Xırdalanda yol çöküb: Sakinlər aidiyyəti qurumlardan xahiş edir - VİDEO
Xanım sürücü ilə xanım təlimçi parkinqdə mübahisə etdi - Səhv kimdədir? - VİDEO
Dövlət qoruğuna gedən yol torpağın altında qalıb: Nəzarət edən yoxdur - VİDEO
Qubada baş vermiş qəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI - YENİLƏNİB - VİDEO
Amalın anası Prezident İlham Əliyevə müraciət etdi: “GÜNAHKAR CƏZASINI ALSIN” - VİDEO
Yol hərəkəti təhlükəsizliyi ilə bağlı yeni əməkdaşlıq dövrü başlayır – “Bolt”dan AÇIQLAMA - VİDEO
Ayaqlarını maşının pəncərəsindən sallayan sərnişin CƏZALANDIRILDI - VİDEO
Avtomobil ödəniş məntəqəsinə çırpıldı; ölən və xəsarət alanlar var - ANBAAN VİDEO
Sürət həddini aşan sürücü ağır qəza törətdi: 5 nəfər həyatını itirdi - ANBAAN VİDEO
Qaydaları saymayan motosiklet sürücüsü iki sərnişinlə qırmızı işıqdan keçdi - VİDEO
Novxanıda qadın sürücü yolu keçən piyadaları vurdu - VİDEO










