Bir dəqiqədə üç dəfə qəza təhlükəsi yaradan sürücü - 77-RN-664 - VİDEO

Paytaxtın Nərimanov rayonu, Təbriz küçəsində yol-hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə yanvarın 9-da saat 07:51 radələrində qeydə alınıb. Belə ki, 77-RN-664 dövlət nömrə nişanlı “KIA” markalı avtomobilin sürücüsü hərəkət zamanı dəfələrlə təhlükəli manevrlərə yol verib.
Kadrlardan göründüyü kimi, sürücü solda hərəkətdə olan nəqliyyat vasitəsinə məhəl qoymadan həmin zolağa daxil olub. Ardınca isə sağ zolaqda irəliləyən avtomobilə yol vermədən istiqamətini dəyişərək qəza şəraiti yaradıb.
Təhlükəli davranış bununla da yekunlaşmayıb. Sürücü piyada keçidindən keçən şəxsə üstünlük tanımadan hərəkətini davam etdirib və piyadanın həyatını real təhlükə altına atıb.
Qeyd edək ki, bu cür məsuliyyətsiz davranışlar təkcə sürücülər üçün deyil, yol hərəkətinin bütün iştirakçıları üçün ciddi risk yaradır. Unutmaq olmaz ki, sükan arxasında verilən hər yanlış qərar geri dönməz nəticələrə səbəb ola bilər.
Nərmin
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO
"Ölüm yuvası” dedik, tədbir görən olmadı – Moto kuryer lyuka düşdü - VİDEO
Sübh çağı dəhşətli hadisə - Sürücü yuxuladı, sərnişin öldü - VİDEO












