Bura Bakıdır, amma Afrika cəngəlliyinə oxşayır – ŞOK VİDEO
Sosial şəbəkələrdə yayılan bu videoya baxanda adamı dəhşət bürüyür. Cəmi 1 dəqiqə 36 saniyəlik videoda nə az, nə çox, düz 21 qayda pozuntusu qeydə alınıb. Buna həm kütləvi qayda pozuntusu, həm də kütləvi mədəniyyətsizlik də demək olar. Avtosfer.az-ın təqdim etdiyi videoda 10 avtomobil qarşı yola çıxaraq hərəkətin tam əksinə gedir. Üç avtomobil isə qismən əks yola çıxıb. İki avtomobil yolayrıcını keçə bilmir, yəni, sürücü qarşıda sıxlıq olduğunu gördüyü halda yolayrıcına daxil olaraq sağdan gələnlərin yolunu kəsir.
“Protiv” gedənlərdən ikisi avtobusdur, onlardan biri hələ qırmızı işıqdan da keçir. Onunla birlikdə “protiv” gedən “Niva” da qırmızıdan keçir. “Protiv” gedən avtobuslardan biri “BakuBus”a məxsusdur.
Sağda parkinq üçün ayrılan yerdə parklanma qaydası perpendikulyar göstərilsə də, ikisi paralel dayanıb. Yəni, dörd avtomobilin park edə biləcəyi yerdə ikisi dayanıb.
Videoda yolu keçid olmayan yerdən keçən 2 piyadanı görürük, qarşıda isə daha piyada qayda pozmağa hazırlaşır.
Bu cür xaos Afrika cəngəlliklərini xatırladır. Amma bura Bakıdır, burada yollarda hər şey baş verə bilər. Hətta yolda qarşınıza heyvan da çıxa bilər. Əsl heyvan...
Qeyd edək ki, video dekabrın 20-də çəkilib. Yol polisi həmin sürücülərə cərimə yazmaq istəsə maraqlı rəqəm ortaya çıxacaq - 1 dəqiqə 30 saniyədə təxminən 1400 manat cərimə...
Elməddin
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












