Kürdəmirə yola düşən ilk sürət qatarı region üçün hansı imkanları yaradacaq? – AÇIQLAMA - VİDEO

Aprelin 17-si Bakıdan Kürdəmir istiqamətinə ilk rəmzi sürət qatarı hərəkət edib. Belə ki, bu gün 9:05-də Bakı Dəmiryol Vağzalından yola düşən qatar 11:16-da Kürdəmirə çatıb. Rəmzi qatarın ilk sərnişinləri Kürdəmirdən olan millət vəkili Jalə Əliyeva, media nümayəndələri və nəqliyyat ekspertləri olub.
Nizamsız parklanma yenə problem yaratdı - FOTO - VİDEO
Sabahdan sərnişinlərin fəaliyyətinə açılan qatarlar Bakı–Qazax–Bakı, Bakı–Balakən–Bakı, Bakı–Ağdam–Bakı, eləcə də həftəsonları və bayram günləri təyin olunan Bakı–Ağstafa–Bakı reysləri üzrə qatarlar Kürdəmir stansiyasında dayanacaq.
"Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov Avtosfer.az-a verdiyi açıqlamada bildirib ki, əgər COVID-19 pandemiyasından öncə qeyd olunan məsafə 3 saat 11 dəqiqəyə qət olunurdusa, hazırda bu müddət 2 saat 11 dəqiqəyə enib.

Azər Fərəcov onu da əlavə edib ki, ölkə üzrə dəmir yolu stansiyaları tədricən bərpa olunur və sərnişinlərin istifadəsinə verilir. Sərnişin məmnuniyyətinin artırılması və regionlarda nəqliyyat əlçatanlığının təmin edilməsi məqsədilə 18 aprel 2026-cı il tarixindən etibarən Kürdəmir dəmiryol stansiyası sərnişinlərin istifadəsinə veriləcək. O vurğulayıb ki, Kürdəmir istiqamətində biletlərin minimal qiyməti 11.10 AZN olacaq.
Əvvəllər illik 1000 nəfər sərnişinə xidmət edən qatarların bundan sonra təxminən 2000 nəfərə xidmət edəcəyi gözlənilir. Qeyd edək ki, pandemiyadan əvvəl Kürdəmirə ən ucuz bilet qiyməti təxminən 6 manat olub.
Azər Fərəcovun sözlərinə görə, Kürdəmirə açılan yeni sürət qatarı bölgədə yaşayan təxminən 300 minə yaxın əhalinin paytaxt və digər regionlara təhlükəsiz və rahat səfərlərinə xidmət edəcək.
Nəqliyyat eksperti Rauf Ağamirzəyev müsahibəsində qeyd edib ki, Kürdəmir stansiyası demək olar ki, Azərbaycanın tam mərkəzində yerləşir və dəmir yolu olmayan istiqamətlərə də nəqliyyat əlçatanlığını təmin edir. O bildirib ki, həm Kürdəmir, həm də yaxında olan Ağsu rayonu və digər yaşayış məntəqələrinin də Bakıya dəmir yolu üzərindən əlaqəsini təmin edir və yeni bir alternativ formalaşır. Daha kamfortlu, daha sürətli, daha təhlükəsiz bir paytaxtla əlaqəni təmin edir.

Ekspert Anar Əliyevin sözlərinə görə, dəmir yolu dayanacaqlarının və stansiyaların açılması ilk növbədə mobilliyin alternativlərinin artması deməkdir. Əvvəllər vətəndaşlar Kürdəmir və digər istiqamətlərdə yalnız avtomobillə gələ bilirdisə, artıq sürət qatarı bunun dayanıqlı alternativinə çevrilib. Çünki qatar tıxaclarda dayanmır, təhlükəsiz və rahat ünvana çatmağı təmin edir. O bildirib ki, Kürdəmir qatarının əsas üstünlüklərindən biri ondan ibarətdir ki, məsafə az olduğundan sürət qatarları Bakıya daha az vaxtda çatır və bu da Kürdəmirlilərin paytaxtda işləmə imkanlarını daha da artırır.

Avtosfer.az-a müsahibəsində nəqliyyat eksperti Eldəniz Cəfərov deyib ki, Bakı–Kürdəmir sürət qatarının işə düşməsi sadəcə bir nəqliyyat hadisəsi deyil, bu, əslində çox əhəmiyyətli sosial-iqtisadi bir məsələdir.

O bildirib ki, əgər haradasa sərnişindaşıma sürətlənirsə, bu, iqtisadiyyata da müsbət təsir edir. Kürdəmir özü də əsasən kənd təsərrüfatı məhsulları ilə bol olan bir ərazidir. Həm Kürdəmirdə, həm də yaxın ətraf rayonlarda da bu məhsullar mövcuddur. Vətəndaşlar üçün kənd təsərrüfatı məhsullarının yeni bazarlara çıxarılması, daxili turizmin inkişafı, biznes mühitinin yaxşılaşdırılması, həmçinin Kürdəmirdə yeni iş yerlərinin açılması məsələsi var. Bu səbəbdən bunu sosial-iqtisadi cəhətdən əlamətdar bir hadisə hesab edirik. O vurğulayıb ki, daxili turizm üçün də, əlbəttə ki, bu, çox əlverişlidir. Kürdəmirin nəqliyyat qovşağı ərazisində yerləşməsi, yəni ölkəmizin bütün istiqamətlərinə — şimala, şərqə, qərbə və cənuba çıxışların olması burada sərnişindaşımanın təşkilini daha da önəmli edir və digər bölgələrə də müsbət təsir göstərəcək.
Kürdəmir sakinləri də rayona çəkilən sürət qatarı ilə bağlı məmnunluqlarını ifadə edib, ölkə başçısı Prezident İlham Əliyevə və ADY-yə yaratdıqları şəraitə görə minnətdarlıqlarını bildiriblər.
Səfər
Polis əməkdaşları qadını küçə itlərindən belə xilas etdi - VİDEO
Polis təqib etdiyi maşını arxadan vurdu; sürücü atəş açdı – İki ölü, çoxlu yaralı... - VİDEO
“Lapatka” ilə avtomobillərə hücum edib 5 maşına ziyan vurdu – Cinayət işi açıldı - VİDEO
Gəncə prospektində moped sürən gənclər təhlükəli “şou” göstərdi - VİDEO
Gənc baykerin polislərlə qorxulu qaçdı-tutdu oyunu qəza ilə başa çatdı - VİDEO
Bu yolda təhlükəli vəziyyət yaranıb: Asfalt çökür... - VİDEO
Sərxoş yeniyetmə avtomobil qaçırdı – Cərimə və həbs cəzası alacaq - VİDEO
Qayda pozub polisdən qaçan gənc sürücü sürəti 160-a qaldırdı – Qəzada 4 aylıq körpə... - VİDEO
Anası maşında ola-ola 2 yaşlı uşaq təhlükə yaratdı - VİDEO
“Dayanacaq nişanı var, avtobus yoxdur” - Sürücüyə yazılan cərimə müzakirə yaradır - VİDEO
FHN-in işçiləri “Minib-düşmə yeri”ni zəbt etdi - Sürücülər əziyyət çəkir - AÇIQLAMA - VİDEO










