Pirşağı-Novxanı-Sumqayıt yolunun genişləndirilməsinə ehtiyac var? – EKSPERTDƏN AÇIQLAMA - VİDEO

Uzun müddətdir ki, sosial şəbəkələrdə vətəndaşlar tərəfindən Böyükşor-Pirşağı-Sumqayıt yolu ilə bağlı narazılıqlar öz əksini tapır. Avtosfer.az-ın “WhatsApp” nömrəsinə, eləcə də sosial şəbəkə hesablarına da qeyd olunan yolla əlaqədar izləyicilər tərəfindən bəzi videolar göndərilir və bu yolla əlaqəli dəyişikliklərə ehtiyac yarandığını vurğulayırlar.
Videolardan birində vətəndaş qeyd edir ki, icra hakimiyyətinin üzü Sumqayıt istiqamətində gedərkən yolun solunda yaşayış üçün nəzərdə tutulan fərdi evlərin tikintisinə icazə verməsi vəziyyəti daha da pisləşdirir. Bununla yanaşı, Dənizkənarı küçəsinin sağ tərəfində, yəni sahilə yaxın hissəsində böyük qamışlıq, kolluq ərazilərin də yola qatılmasının mümkünlüyü qeyd edilir. Belə olan halda Bakı ilə Sumqayıtı birləşdirən alternativ yolu 2 zolaqlıdan, 4 zolaqlıya çevirmək mümkündür. Vətəndaşın bu təklifini ilə bağlı nəqliyyat eksperti Rauf Ağamirzəyev Avtosfer.az-a açıqlamasında bildirdi ki, şəhər ətrafı yeni yol tikilir, hansı ki, daha sürətli əlaqəni təmin edəcək. Bu, Pirşağı-Xırdalan-M4 magistralıdır. Həm şimal istiqamətindən, həm qərb istiqamətindən gələn nəqliyyat axınını sürətlə Aeroport istiqamətinə yönləndirəcək, həm də yeni Böyükşor-Pirşağı yolu ilə əlaqəli “Koroğlu” istiqamətinə də çıxış imkanı verəcək.
“Dənizkənarı küçəsinin ensiz olması, əslində, normal haldır. Çünki, nəzərə alsaq ki, dəniz sahilinə istirahatə gələn insanlar olur, avtobusdan minib-düşənlər olur, yaşayış məntəqəsində yaşayan insanların hərəkəti nəzərə alaq, burada sürət də daha aşağı olmalıdır ki, mümkün qəza risklərini önləyə bilsin. Yəni, qəzaya təsir edən həllər daha çox tətbiq olunmalıdır. İnsanlar dəniz sahilinə gəlirsə, burada hərəkət edən avtomobillər də bunu nəzərə alıb hərəkət etməlidir və orada qurulan infrastruktur da bunu hədəfləyərək qurulmalıdır ki, sürətli sürmək mümkün olmasın. Daha sürətli sürmək üçün yeni yol tikilir, kim tələsirsə, daha geniş bir neçə zolaqlı sürətli yoldan istifadə edə bilər, amma sahil yolları daha aşağı sürətli olmalıdır və funksional olmalıdır. Yəni, insanların hərəkətini nəzərə alaraq piyada, velosipedçilər üçün şərait yaradılmalıdır. Mikromobillik, ictimai nəqliyyat və xüsusən, burada qabartmaq istəyərdim, multimodal daşınmalar üçün infrastruktur gözlənilməlidir. Yəni, Sumqayıt istiqamətini, Pirşağı, Goradil, Novxanı dəmir yol stansiyaları istirahat yerinə yaxındır. Dənizə yaxın yerləşdiyinə görə burada o keçidi rahat etmək lazımdır. Yəni, səkilərin vəziyyəti təftiş olunub, müəyyən nöqsanlar varsa, onları aradan qaldırmaq lazımdır.
Avtobus əlaqəsini maksimum yaxın təmin etmək lazımdır ki, şəhərdən gəlib dəmir yoluna düşüb avtobusdan davam edə bilsinlər. Eyni ilə mikromobilliyi də dəmir yolu dayanacaqlarına əlaqələndirmək ilə bu məsələni həll etmək olar”.
Qeyd edilən problemlə əlaqədar, kiçik araşdırma etdiyimiz zaman məlum olur ki, ölkə başçısı Prezident İlham Əliyevin təsdiqlədiyi “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində bu istiqamətdə bir sıra addımların atılacağı gözlənilir. Bu addımlar isə aşağıdakılardır:
1) Binəqədi−Novxanı avtomobil yolunun tikintisi və istismara verilməsi;
2) Bilgəh−Novxanı−Xırdalan (M-1 Bakı−Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 16-cı km) Şamaxı (M-4 Bakı−Şamaxı yolunun 18-ci km) avtomobil yolunun tikintisi və istismara verilməsi;
Dəmiryolu nəqliyyatı üzrə:
1)Bakı–Pirşağı–Sumqayıt xəttinin təkmilləşdirilməsi;
2)Bakı–Xırdalan–Sumqayıt xəttinin təkmilləşdirilməsi.
Sadalanan tikinti və kütləvi sərnişindaşıma layihələrinin icrası nəticəsində sözügedən yollarda da sıxlıq hallarının azaldılması proqnozlaşdırılır.
Səfər
Qadın sürücü qazla tormozu səhv saldı; piyadanı vurub öldürdü - VİDEO
Moped sürən gənc yolun ortasında rəqs edib “şou” göstərdi - VİDEO
Yolun ortasında evakuator gözləyən sürücünü maşın vurub öldürdü - VİDEO
Oğurladığı motosikletlə polisdən qaçan gənc qəza törətdi - Düşüb piyada qaçdı - VİDEO
Qaranlıq yolda avtomobillərin üzərinə sürüb ölüm təhlükəsi yaratdılar - VİDEO
Polis rəisinin keçmiş müavini keçiddən keçən uşaqları vurdu – Həbs olunmadı - VİDEO
Bu küçədə aparılan xətlənmə çaşqınlıq yaratdı - AYNA izah verdi - VİDEO
“Bolt” gənclər üçün daha bir layihəyə start verib – ŞİRKƏTDƏN AÇIQLAMA - VİDEO
Maşın sürməyi öyrənən qadın başqa maşını vurdu - Sonra qaçdı - VİDEO
Qadın sürücü tüstüləyən maşınla “zapravka”ya girib şəkil çəkdirdi – Maşın bu hala düşdü - VİDEO
Yol polisini 300 metr sürüyən sərxoş sürücü saxlanıldı – 6 protokol yazıldı - VİDEO










