Tbilisidə narazılıq yaradan nişanlanma xəttiylə bağlı AYNA-dan AÇIQLAMA - VİDEO

Paytaxtın Tbilisi prospektində aparılan xətlənmə işləri bəzi sürücülərin narazılığına səbəb olub.
Bununla bağlı izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” adresinə videomaterial göndərib. Onun iddiasına görə, sözügedən prospektdə çəkilmiş təhlükəsizlik adacığı zolaqların sayını azaltdığı üçün sürücülərin rahat şəkildə hərəkətinə əngəl törədir. Sürücü bildirib ki, Qızıl Şərq küçəsindən Tbilisi prospektinə daxil olmaq üçün dəqiqələrlə tıxacda gözləyirlər. Prospektdən İzmir küçəsinə döndükləri zaman isə çətinlik çəkirlər.
Məsələylə əlaqədar AYNA-nın mətbuat katibi Tural Orucov Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirib ki, bir istiqamət üzrə 3 zolağı olan Tbilisi prospektində marşrut avtobuslarının sərnişinlərə rahat və təhlükəsiz xidmət göstərməsi, onların mənzil başına vaxtında çatdırılması üçün xüsusi zolaq təşkil edilib: “Sözügedən yolda hərəkətin kanallaşdırılması üçün zolaqlar standartlara uyğunlaşdırılıb, yolun geniş hissələrində adacıqlar təşkil edilib. Müraciətdə göstərilən hissənin eni az olduğundan xüsusi xətlərlə hərəkət hissəsindən ayrılıb”.
Nərmin
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO
"Ölüm yuvası” dedik, tədbir görən olmadı – Moto kuryer lyuka düşdü - VİDEO
Sübh çağı dəhşətli hadisə - Sürücü yuxuladı, sərnişin öldü - VİDEO












