19-cu əsrin rekordçu elektromobili - “Jamais Contente” - FOTO

Avtomobilin meydana çıxdığı dövrdən bu günə qədər istehsalçılar arasında gedən gizli və açıq rəqabətdə müxtəlif rekordlar meydana çıxır. Məsələn, ən sürətli avtomobil, ən kiçik/böyük avtomobil, ən etibarlı hərbi avtomobil, hər hansı yeniliyi ilk dəfə tətbiq edən avtomobil istehsalçısı və s. Ginnes rekordlar kitabı belə nəticələrlə doludur.
Avtosfer.az-ın xəbərinə görə, 100 km/saat sürət limitini aşaraq rekord əldə etmək ilk dəfə “Jamais Contente”a nəsib olub. Dəyişməyən bu rekord 29 aprel 1899-cu ildə əldə edilib. Belçika əsilli mühəndis Kamil Jenatzinin hazırladığı elektromobil Fransada sınaqlar zamanı 105,8 km/saat nəticə ilə adını tarixə yazdırıb.
Jenatzinin atası həmin dövrün məşhur təkər istehsalçılarından idi. Parisin ən məşhur faytonları məhz bu iş adamının istehsal etdiyi təkərləri alırdılar. Atasının müəssisəsində mühəndis işləyən Kamil at dartqısını daha səmərəli vasitə ildə əvəzləmək üçün işə girişir. İxtisasca elektrik olan Kamil istəyinə nail olur. O, faytonun arxa oxuna 2 ədəd 50 kilovattlıq (70 a.q.) mühərrik yerləşdirir. 1500 kiloqram kütləsi olan bu modelin çəkisinin yarıdan çoxunu akkumulyatorlar təşkil edirdi. Güc mühərriklərdən arxa təkərlə birbaşa ötürülürdü. Elektromobilin aerodinamikasını yaxşılaşdırmaq üçün onun üst hissəsi torpedo şəklində düzəldilir.
1899-cu il 29 apreldə sınaq zamanı 105,8 km/saat nəticə əldə edilir. Beləliklə, həmin ilin mart ayında mühəndis Qaston Lobanın əldə etdiyi 93 km/saat sürət rekordu təzələnmiş oldu. Maraqlıdır ki, Lobanın avtomobili də elektriklə hərəkətə gətirilirdi. 13 aprel 1902-ci ilədək bütün sürət rekordları elektromobillərə nəsib olub. Yalnız 5 noyabr 1902-ci ildən daxili yanma mühərrikləri təşəbbüsü ələ alıb.
Avtomobil hazırda Fransanın Milli Avtomobil Muzeyində sərgilənir.
QEYD: xüsusi adlar bir qayda olaraq tərcümə olunmasa da, deməliyik ki “Jamais Contente” ifadəsi Azərbaycan dilində “həmişə narazı” mənasını verir.
Vüqar
Bakıda qeyri-adi avtomobilləri görmək üçün BULVARA GEDİN! - FOTO
Cərimə ballarının ləğvi və 30-a qaldırılması Milli Məclisdə müzakirəyə çıxarıldı - ŞAD XƏBƏR
Avropalı ekspert: çinli istehsalçılar yaponların yolu ilə gedirlər
Sovetin əfsanəsi geri döndü: yeni “Volqa” fantastik qiymətə satışda - FOTO
Təkər əyriliyinə görə yaranan problemlər
Etibarnamə ilə alınan avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ
“Toyota”nın saxta transmissiyası
İndiyə kimi neçə avtomobil utilizasiyaya verilib? – RƏSMİ AÇIQLAMA
Sürücüsüz avtomobillərlə bağlı TƏLƏBLƏR müəyyənləşir - Hansı hallarda İCAZƏ VERİLƏCƏK?
Elektromobillər daha az sürülür
Avtomobil sahiblərini gözləyən YENİ XƏRCLƏR – Rekord bahalaşma yaxınlaşır












