Ağdamda elektromobillər üçün enerji doldurma cihazları istehsal olunacaq

Ağdam Sənaye Parkında istifadəyə verilən zavodda elektromobillər üçün enerji doldurma cihazları da istehsal olunacaq.
Avtosfer.az xəbər verir ki, bunu “Report”a açıqlamasında rayondakı Sənaye Parkının tərkibində yeni fəaliyyətə başlayan “EEL Elektrik” zavodunun direktoru Vüsal Mirzəyev bildirib.
Onun sözlərinə görə, dövlət başçısının Ağdam rayonuna səfəri zamanı açılışını etdiyi elektrik avadanlıqları müəssisəsində bir neçə adda məhsul istehsal olunacaq:
“Müəssisədə il ərzində 600-700 ədəd orta gərginlikli 10 və 35 kilovoltluq paylayıcı qurğuların istehsalı nəzərdə tutulur. Elektromobillər üçün enerji doldurma cihazlarının isə 500-600 ədəd civarında istehsalı planlaşdırılır”.
V.Mirzəyev müəssisənin iş prinsipi barədə də məlumat verib:
“İş prosesi bir növbəlidir. Hazırda müəssisədə ilkin olaraq 35 nəfər işlə təmin olunub. Nəzərdə tutulan işçi heyətinin sayı 70 nəfərdir. Vurğulamaq istərdim ki, zavodda işləmək üçün müraciət edənlərin sayı kifayət qədər çoxdur. Yaxın zamanlarda işçi sayının artması gözlənilir”.
Qeyd edək ki, Prezident İlham Əliyevin iştirakı ilə sentyabrın 19-da Ağdam Sənaye Parkında yeni istifadəyə verilən sənaye müəssisələrinin açılış mərasimi keçirilib.
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!
Bu şəxslərə pulsuz maşın verilir – SİYAHI
“Sığorta haqqını hesabla” xidmətindən istifadə ilə bağlı video-təlimat hazırlanıb - VİDEO
"5 il sonra Hyundai, Kia alan olmayacaq" - USTA
Bu üsulla cərimədən yayınmaq mümkün olmayacaq
Bu “Niva”ların qiyməti görənləri heyrətləndirir - FOTOLAR
İş adamı və arvadının tabutu avtomobil formasında dizayn edildi - FOTOLAR
“50 qəpik”də maşın yuyanların NƏZƏRİNƏ
Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya












