"Audi RS3" modellərinin görüntüləri olan videoçarxı dərc edib - FOTO - VİDEO

Audi şirkəti yeni nəsil “bərkgedən” Audi RS 3 modellərinin ilk rəsmi şəkillərini yayımlayıb. Hetçbek və sedan hələ də sınaqdan keçirildiyinə görə, kamuflyaj örtüyünə malikdirlər. “Bərkgedən” sedan və hetçbek adi A3/S3 modellərindən genişlənmiş qanadları, böyük ölçülü təkər diskləri, aqressiv bamperləri və buraxılış sisteminin iri çıxış boruları ilə fərqlənirlər.
Audi RS 3 ailəsinin 2,5-litrlik beşsilindrli turbomühərriki qoruyacağı dəqiqdir. Əvvəlki nəsildə və mövcud Tolan T RS və RS Q3 modellərində bu aqreqat 400 at qüvvəsi və 480 Nm fırlanma anı hasil edir.
Bununla birlikdə, ilkin məlumata görə, yeni RS-lər üçün onun hasilatı 420 at qüvvəsi və 500 Nm-ə yüksəldiləcədir. Avtomobillərin ilk kütləvi nümayişi sentyabrda ilk dəfə Münhendə keçiriləcək IAA avtosalonunda baş tutacaqdır. Lakin modellərin onlayn təqdimatı sərgidən əvvəl keçirilməlidir.
Yeni nəsil Audi RS 3 sedan və hetçbekin debütü ilə Audi Sport bölməsinin model xəttində 15 ədəd R/RS avtomobili (müxtəlif kuzovlar daxil olmaqla) olacaqdır. Keçən il belə avtomobillərin satış həcmi növbəti rekorda imza atıb: 29.300 nüsxə (2019-cu illə müqayisədə 16 faizlik artım).
Bir müddət bundan əvvəl Audi Sport bölməsi “bərkgedən” model çeşidində ilk elektromobil - Audi RS e-tron GT sedanı peyda olub. 2024-cü ildə R/RS modellərinin yarısından çoxunun elektrikləşdiriləcəyi bildirilir.
bu sıraya startyor-generatoru (RS 6, RS 7 və RS Q8 modellərinn belə versiyaları artıq var) olan sadə “yumşaq” hibridlər də daxil olacaqdırlar. Bununla birlikdə, on illiyin sonunda Audi Sport bölməsinin çeşidində yalnız təkrar doldurulan hibridlər və elektrokarlar qalmalıdırlar.


500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar










