Avtobanda hərəkət edən avtomobilin yanacağının qurtarması niyə qadağandır?

Təsəvvür edin ki, bir gün Almaniyada maşın sürürsünüz və birdən yanacağınız qurtarır. Dünyanın sonunun gəldiyini hiss edə bilərsiniz, çünki Almaniyada bu, həqiqətən də ciddi problemdir.
Avtosfer.az xəbər verir ki, Almaniyada, xüsusən də magistral avtomobil yollarında (avtoban) yanacağın bitməsi qəti qadağandır. Bəs niyə belə bir qayda var?
Almanların sərt olduğunu bilsək də, bu qadağanın həqiqətən haqlı səbəbləri var.
İlk növbədə, avtobanlardakı sürət həddindən başlayaq.
Almaniya avtobanlarında saatda 130 km. tövsiyə olunan hədd olsa da, buna riayət etmək şərt deyil. Ona görə də tövsiyə olunan sürəti aşsanız belə qaydaları pozmayacaqsınız.
O zaman nəzərə almaq lazımdır ki, yanacaq bitərsə sürətlə gedən maşınların ortasında qəfil dayanmalısan. Bu, təkcə sizin üçün deyil, digər sürücülər üçün də böyük təhlükə yaradır. Ona görə də Almaniyada yolda qalmaq yol hərəkəti təhlükəsizliyinin ciddi pozuntusu hesab olunur.
Almanlar üçün nizam-intizam və planlaşdırma həyatın hər sahəsində mühüm yer tutur.
Beləliklə, avtomobil sürməzdən əvvəl yanacaq səviyyəsini yoxlamaq məsuliyyətli bir məsələ kimi qəbul edilir. Almaniyada “yanacağın qurtarması, planlaşdırma xətası və qarşısı alına bilən vəziyyət” hesab olunur.
Ona görə də avtomobil yolunda yanacağınız bitərsə, siz nəinki təhlükə yaradır, tıxac və hətta maddi itkilərə səbəb olursunuz. Həm də yol hərəkəti qaydalarını pozduğunuza görə cərimə və cərimə balları alma riski ilə üzləşəcəksiniz.
Buna görə də, sürücülərdən hər zaman hazırlıqlı olmaları və lazımi ehtiyat tədbirlərinin görülməsi tələb olunur.
Bir sözlə, Almaniyada yanacağın qurtarması adi bir unutqanlıqdan çox, ciddi nəticələrə səbəb olan vəziyyətdir. Əgər bu ölkəyə yolunuz düşərsə ehtiyatlı olun, səfərdən əvvəl planlaşdırmağı unutmayın. Yəni gedəcəyiniz yolu, məsafəni, həmin yolda sərf olunacaq yanacağı, eləcə də yolda yanacaqdoldurma məntəqələrinin yerini dəqiq bilməlisiniz.
Namiq Musayev
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!
Bu şəxslərə pulsuz maşın verilir – SİYAHI
“Sığorta haqqını hesabla” xidmətindən istifadə ilə bağlı video-təlimat hazırlanıb - VİDEO
"5 il sonra Hyundai, Kia alan olmayacaq" - USTA
Bu üsulla cərimədən yayınmaq mümkün olmayacaq
Bu “Niva”ların qiyməti görənləri heyrətləndirir - FOTOLAR
İş adamı və arvadının tabutu avtomobil formasında dizayn edildi - FOTOLAR
“50 qəpik”də maşın yuyanların NƏZƏRİNƏ
Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI












