Avtomat ötürmədə dayanacaq tormozundan istifadə lazımdırmı?

Təxminən 15-20 il əvvəl avtomat ötürücülü maşınlar çox da geniş yayılmamışdı. Hətta əksəriyyət düşünürdü ki, avtomatik transmissiya “sürə bilməyənlər” üçündür. Lakin indi vəziyyət dəyişib. Azərbaycanın özündə də avtomat transmissiyalı maşınların sayı mexanikanı üstələyib.
Avtosfer.az xəbər verir ki, əksər sürücülər avtomat ötürməli maşında dayanacaq tormozundan istifadəni lüzumsuz hesab edirlər. Bəs bu yanaşma nə qədər doğrudur?
Avtomat ötürücüdəki P (parking) rejimi ilk baxışda aldadıcıdır. Çox adam düşünür ki, bu rejimdə olmaq avtomobilin etibarlı şəkildə dayanması üçün yetərlidir. Lakin, texniki şərtlər baçşqadır.
P rejimində sürət qutusunun çıxış valı bloklanır və avtomobil hərəkət etmir. Lakin bu bloklayıcı kiçik bir şplintdir (nazik mil). Bu şplint ağırlığın və ya zərbənin təsiri ilə qırıla da bilər. Bunun qarşısını almaq üçün yeganə vasitə dayanacaq tormozundan istifadədir. Dayanacaq tormozu həm mexaniki, həm də avtomatik transmissiyanın yükünü azaldır. Təcrübə göstərir ki, park edilmiş avtomobildə dayanacaq tormozu çəkilmiş olduqda başqa avtomobilin təsadüfi zərbəsi zamanı transmissiya zədə almır.
Xarici təcrübədə sığorta şirkətlərinin bu məsələyə xüsusi diqqət yetirdiyi aşkar görünür. Məsələn, Almaniya sığortaçıları minik avtomobilləri ilə yanaşı yüngün kommersiya avtomobilləri və aztonajlı avtomobillərdə də parklama zamanı dayanacaq tormozundan istifadəni mütləq şəkildə tələb edirlər. Yük avtomobillərində isə bunsuz keçinmək sadəcə olaraq mümkün deyil.
Vüqar
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!
Bu şəxslərə pulsuz maşın verilir – SİYAHI
“Sığorta haqqını hesabla” xidmətindən istifadə ilə bağlı video-təlimat hazırlanıb - VİDEO
"5 il sonra Hyundai, Kia alan olmayacaq" - USTA
Bu üsulla cərimədən yayınmaq mümkün olmayacaq
Bu “Niva”ların qiyməti görənləri heyrətləndirir - FOTOLAR
İş adamı və arvadının tabutu avtomobil formasında dizayn edildi - FOTOLAR
“50 qəpik”də maşın yuyanların NƏZƏRİNƏ
Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA












