Avtomobil almaq asanlaşacaq – FOTO - VİDEO

Araşdırmalar göstərir ki, yeni avtomobil almaq istəyənlər seçim zamanı kifayət qədər problemlərlə üzləşirlər. Həftəiçi işdən sonra avtosalonların əksəriyyəti bağlı olduğundan, həftəsonu isə tıxaclar ucbatından bir-birindən uzaq məsafədə yerləşən rəsmi diler mərkəzlərinin hamısını əhatə etmək mümkün olmadığından bu proses əsəblər üçün əsl sınağa çevrilir.
Amma tezliklə hər şey dəyişəcək. Azərbaycanda və regionda ən böyük avtomobil satış mərkəzi - Baku Auto Mall – Babək prospektində fəaliyyətə başlayacaq. Yalnız rəsmi dilerlərin təklif etdiyi çoxsaylı modellər arasında seçim etmək çox asan olacaq. Avtomobili «canlı» görmək, sükan arxasına əyləşmək, rəng və komplektasiya seçmək, test yürüşü həyata keçirmək, eyni qiymət seqmentində təklif olunan bütün modellər ilə müqayisə etmək və nəhayət bir avtomobil alaraq, daha birini lotereyada udmaq şansı əldə ertmək - bütün bunlar yalnız Baku Auto Mall-da reallaşacaq! Axşam saat 10.00-dək işləyəcək bu mərkəzdə kafe, restoran, uşaqlarla yanaşı həm də böyüklər üçün oyun zonaları (ən müasir avtomobil yarışları simulyatorları) nəzərdə tutulub.
Baku Auto Mall yalnız avtomobilin seçimi deyil, həm də müştərilərə bank, sığorta, tüninq, aksessuarlar, yuma-cilalama kimi kompleks xidmətlər göstərməklə onun almasını rahatlaşdıracaq. Burada həmçinin avtomobil təqdimatları, sərgilər, festivallar, foto- və videoçəkilişlər, konfranslar, internet-forumlar və s. təşkil ediləcəyi planlaşdırılıb.
Baku Auto Mall sayəsində avtomobil seçimi və alışı prosesi mənalı istirahət növü və ailəvi bayrama çevriləcək.
BYD “Volkswagen”in “Şüşə manufaktura”sını alır - VİDEO
“Tesla” 2 modelin istehsalını dayandırdı - FOTOLAR
Yeni “Niva” belə olacaq - FOTOLAR
Ən çox xarab olan avtomobillər – SİYAHI - FOTOLAR
Hər litr yanacağa necə qənaət etmək olar? - Faydalı MƏSLƏHƏTLƏR
Avtomobil istehsalçıları 8 milyard avro itirdi - Artırılmış rüsumlar görə
Azərbaycanda İkinci Dünya müharibəsi zamanı sürücülük imtahanı - FOTOLAR
Dizel avtobuslardan imtina havanı təmizlədi - XARİCİ TƏCRÜBƏ
Azərbaycana maşın gətirənlərin nəzərinə - Yeni tələb
Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı
Yanacağın qiymətinin artırılmasına məhdudiyyət əks nəticə verdi















