Avtomobil almaq istəyənlərə müjdə: Bu maşınlar kəskin ucuzlaşdı

Son vaxtlar avtomobil satışı bazarında mühərrik həcmi böyük olan maşınlara tələbat kəskin surətdə azalıb. Satıcılar buna səbəb kimi, dizel və benzin yanacağının qiymətindəki ciddi artımı əsas göstərir. Durğunluq daha çox yanacaq sərfiyyatı olduqca çox olan “offroad” tipli maşınlarda özünü göstərir. Bazarda elektromobil və hibrid maşınların sürətlə artması da digər maşınların satışına ciddi təsir edir.
Avtosfer.az Yenisabah.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı danışan Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının direktoru Eyyub Əliyev, hazırda alıcıların daha çox nisbətən aşağı mühərrikli və yanacaq sərfiyyatı baxımından qənaətcil maşınlara üstünlük verdiklərini deyib:
“Ümumiyyətlə, son 2 ildə ölkəmizə elektrik mühərrikli avtomobillərin sürətli axının şahidi oluruq. Bu, həm də həmin maşınlarla bağlı gömrük və vergi rüsumlarına edilən güzəştlərlə bağlıdır. Hazırda elektromobillərin bazarda olması, buraxılış ili nisbətən köhnə və mühərrik həcmi olduqca böyük olan nəqliyyat vasitələrinə marağı azaldıb. Yəqin ki, qarşıdakı illərdə də biz bu tendensiyanın davam etdiyini görəcəyik. İnsanlar mühərrik həcmi yüksək olan və yanacaq sərfiyyatı həddən artıq baha olan maşınlardansa, daha sərfəli və qənaətcil avtomobilləri almağa üstünlük verir. Məsələn, kimsə elan satışı saytına buraxılış ili 2012-ci il olan və mühərriki 4.4 olan hansısa maşını 35 min manata qoyub, amma reallıqda həmin qiymətə sata bilmir. Bazarda hazırda belə maşınlar 28-30 minə satılır”. aptek depo
Eyyub Əliyev bildirib ki, elektormobil ciplər digər yanacaq növündə olanlardan heç də geri qalmır:
“Əlbəttə, bu seqmentdə olan avtomobillərlə bağlı belə nüansları nəzərə alıblar. Məsələn, şəhər üçün nəzərdə tutulan avtomobillər məlum olduğu kimi, istər ban növü, istəsə də mühərrik həcmi baxımından tamam fərqli quruluşa malikdir və onların təyinatı tamam başqadır. Relyefi daha mürəkkəb ərazilərdə isə həmin yolların xüsusiyyətlərinə cavab verən “offroad” tipli maşınlar nəzərdə tutulur. Alıcılar almaq istədikləri avtomobillərin xarakteristikalarına baxsalar, onu rahat şəkildə görə bilərlər. Elektormobil maşınların cip modelləri də digər yanacaq növündə olanlar kimi, qeyri-hamar relyeflərdə tələblərə tam cavab verir”.
Avropada elektromobil satışları bu səbəbdən artdı
Smartfonu avtomobildə enerji ilə doldurmaq yanacaq sərfiyyatını artırır?
5-6 nəfərlə yola çıxan sürücüləri nə gözləyir? - VACİB AÇIQLAMA
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir










