Avtomobil istehsalçıları nə qədər qazandı? – ARAŞDIRMA

Bu ilin may ayına olan məlumata görə, dünyanın aparıcı avtomobil istehsalçılarının gəlirləri açıqlanıb.
Avtosfer.az xəbər verir ki, gəlir baxımından "Toyota" və "Volkswagen" dünya üzrə aparıcı avtomobil istehsalçıları olub.
2019-2020-ci illərin koronavirus böhranından əvvəl, qlobal avtomobil sənayesi 2008-2009-cu illərin maliyyə böhranından ağır zərbə alıb. "General Motors" böhrandan sonra təxminən 91 milyard dollar müflis olduğunu elan edib. 2009-cu ildə minik avtomobilləri üçün əsas satış bazarı olan Çin istisna olmaqla, əksər bazarlarda satış azalıb.
2020-ci ildə avtomobil bazarı yenidən eniş yaşayıb. Ancaq bu dəfə Çin də təsirlənib. Qlobal avtomobil çiplərinin çatışmazlığı 2021 və 2022-ci illərdə sənayeyə daha da təsir göstərib. Lakin 2023-cü ilə qədər qlobal səviyyədə bəzi irəliləyişlər qeydə alınıb.
Bəs bu il dünyanın aparıcı avtomobil istehsalçıları nə qədər qazanıb?
|
İstehsalçı |
Gəlir |
|
Volkswagen |
348,6 milyard dollar |
|
Toyota |
311,9 milyard dollar |
|
Stellantis |
204,9 milyard dollar |
|
Ford |
177,5 milyard dollar |
|
General Motors |
174,9 milyard dollar |
|
BMW |
168,3 milyard dollar |
|
Mercedes-Benz |
164,3 milyard dollar |
|
Honda |
141,3 milyard dollar |
|
Hyundai |
125,4 milyard dollar |
|
SAİC |
102,8 milyard dollar |
|
Tesla |
94,7 milyard dollar |
|
Nissan |
87,7 milyard dollar |
Qeyd edək ki, dünyada avtomobil satışı 2022-ci ildəki 67,3 milyon ədəddən 2023-cü ildə 75,3 milyon ədədə yüksəlib.
Əlavə edək ki, bu ilin yanvar-iyul ayları ərzində Azərbaycana ümumilikdə 943 milyon 791 min dollar dəyərində 51 197 ədəd avtomobil idxal olunub.
(iqtisadiyyat.az)
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!
Bu şəxslərə pulsuz maşın verilir – SİYAHI
“Sığorta haqqını hesabla” xidmətindən istifadə ilə bağlı video-təlimat hazırlanıb - VİDEO
"5 il sonra Hyundai, Kia alan olmayacaq" - USTA
Bu üsulla cərimədən yayınmaq mümkün olmayacaq
Bu “Niva”ların qiyməti görənləri heyrətləndirir - FOTOLAR
İş adamı və arvadının tabutu avtomobil formasında dizayn edildi - FOTOLAR
“50 qəpik”də maşın yuyanların NƏZƏRİNƏ
Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI












