Avtomobil sahiblərinin NƏZƏRİNƏ! - Aldanmamaq üçün buna diqqət edin - VİDEO

Bazarda avtomobil mühərriki üçün nəzərdə tutulan saxta yağların olduğu iddia edilir. Avtosfer.az xəbər verir ki, avtomobil sahibləri bazarda belə məhsullara tez-tez rast gəldiklərini deyirlər. Sürücülər hətta istifadə olunmuş yağların sonradan qablaşdırılaraq satışa çıxarıldığını da iddia edirlər. Sürücülərin sözlərinə görə, yağ qutularının üzərindəki məlumatların xarici dillərdə yazılması da seçim zamanı onları çətinə salır.
Avtomobil ustası Nuru Bağırov da bazarda saxta mühərrik yağlarının olduğunu təsdiqləyir. Usta deyib ki, yağ növlərinin sayı çoxaldıqca saxta məhsullar da artır.
Qeyd edək ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ölkəyə mühərrik yağlarının idxalını həyata keçirən sahibkarlarla görüş keçirib. Görüşdə son zamanlar idxal edilən mühərrik yağlarının təsnifatı və mənşəyinə dair təqdim olunan sənədlərdəki göstəricilərlə qablaşdırmalardakı məlumatlar arasında uyğunsuzluq hallarına rast gəlindiyi bildirilib. İdxal edilən malların üzərindəki etiket və adların, onlardan istifadə qaydaları barədə izahat vərəqələrinin başqa dillərlə yanaşı, Azərbaycan dilində də olmasının vacibliyi vurğulanıb.
Tormoz disklərinin paslanması təhlükəlidirmi?
Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO
Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı
Azərbaycana artıq bu avtomobillər GƏLİR: Digərləri...
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - VİDEO
Bu avtomobilin təkərləri həm 60 kilometrdən bir dəyişdirilməlidir
Avtomobil şüşəsilənləri belə ortaya çıxıb
Bakıda “Ferrari”lər "Formula-1" trekində yarışdı - VİDEO
Bu halda maşınınızı əlinizdən ALACAQLAR












