Avtomobildə "şatunun" konstruksiyası dəyişir – 160 il sonra - VİDEO

İstər 1860-cı ildə Lenuarın, istərsə də 2 sonra Nikolaus Ottonun hazırladığı 2 və 4 taktlı mühərriklərin vacib detalı olan sürgü qolunun (danışıq dilində şatun) konstruksiyası dəyişməyib. Detalın böyük (aşağı) hissəsi dirsəkli vala, kiçik hissəsi isə porşen barmaqlığına (oxuna) bərkidilir. Sürgü qolunun funksiyası porşenin irəli-geri hərəkətini dirsəkli vala ötürməkdir. Prinsip dəyişmədiyi kimi detalın quruluşu da sabit qalıb.
Avtosfer.az xəbər verir ki, ABŞ-ın nevada ştatından olan ixtiraçılar sürgü qolunu təkmilləşdirmək üzərində baş sındırırlar. Bu məqsədlə onlar sürgü qolunun yuxarı hissəsinə daha bir oynaq əlavə ediblər. 160 ildir vahid detal olan sürgü qolu indi 2 detaldan ibrət olub. Bu da sürgü qolunun daha tez və az vibrasiya ilə hərəkətinə imkan verir. Nəticədə mühərrikin dinamik kompressiyası 30%-dək artır.
Bu da daha az yanacaq sərfiyyatına və keyfiyyətli yanmaya gətirib çıxarır.
Ekspertlərin fikrincə nevadalıların ideyası maraqlı olsa da, hələ ki, laboratoriyada və konkret avtomobil üzərində sınaqdan çıxarılmayıb.
Vüqar
Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO
Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı
Azərbaycana artıq bu avtomobillər GƏLİR: Digərləri...
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - VİDEO
Bu avtomobilin təkərləri həm 60 kilometrdən bir dəyişdirilməlidir
Avtomobil şüşəsilənləri belə ortaya çıxıb
Bakıda “Ferrari”lər "Formula-1" trekində yarışdı - VİDEO
Bu halda maşınınızı əlinizdən ALACAQLAR
Traktorun ön və arxa təkərləri niyə fərqli ölçüdədir?











