Reklam

Avtomobildə sevişənlərin biabırçı sonu – ZƏHƏRLİ SƏBƏB VƏ AĞIR NƏTİCƏ - FOTOLAR

Avtoxəbər 20 Avqust 2024 08:47 Oxunub 826
Avtomobildə sevişənlərin biabırçı sonu – ZƏHƏRLİ SƏBƏB VƏ AĞIR NƏTİCƏ - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

70-80-ci illərdə bu məsələ Rusiya üçün spesifik idi. Soyuq rus qışında qarajda mühərriki işləyən “Jiquli”də yatan ruslar bir daha ayağa qalxmırdılar. Hadisədən bir neçə gün sonra milis və qonşular xəbər tuturdu.

Müstəqillikdən sonra bu hal Azərbaycanda da müşahidə olunmağa başladı. Qış aylarında qapalı qarajda sevişən cütlüklərin ölüm xəbərlərinə dekabrdan başlayaraq ta mart ayınadək hər həftə rast gəlirik. Son illərdə isə bu fenomendə mövsüm amili aradan qalxıb. Yaya aylarında da qarajda ölüm hallarına rast gəlinir. Bəs səbəb nədir?

İstənilən yanma məhsulunda dəm qazı mövcuddur. İnsanın və bəzi hallarda heyvanların da axırına çıxan məhz bu qoxusuz, rəngsiz qazdır. Dəm qazı qana oksigendən 10 dəfə daha sürətlə keçir və əksər hallarda ölümlə nəticələnir. Vaxtilə daş kömür istifadə edilən evlərdə bu qaz kütləvi ölümlərlə nəticələnirdi. Dəm qazının molekulları o qədər kiçikdir ki, onu əleyhiqaz da tutmur. O istənilən kimyəvi silahdan daha tez öldürür.

Lakin dəm qazının bir spesifik xüsusiyyəti də var. Açıq ərazidə və ya yaxşı ventilyasiya olan məkanda dəm qazı təsirsizdir. Həyətdə samovarın yanında duran adamda ən pis halda başgicəllənmə yarana bilər.

Qayıdaq mövzumuza.

Qapalı qarajda avtomobilin qızdırıcı sistemi və kondisionerinin işləməsi üçün mühərrik işlək vəziyyətdə olmalıdır. Nəzərə alaq ki, mühərrik aşağı dövrdə işlədikdə dəm qazının həcmi də artır. Qapalı sahədə oksigen azaldığı üçün qaraj bir növ Hitler Almaniyasında tətbiq edilən qaz kamerasına dönür. Avtomobilin şüşələrinin bağlı olması vəziyyəti dəyişmir. Ventilyasiya sistemindən daxil olan qaz öz aləmində olan cütlüyü Afroditanın (qədim yunan mifologiyasında sevgi allahı) qollarından alıb Tanatosun (ölüm allahı) qucağına atır. Proses qarajın ölçüsündən və hermetiklik səviyyəsindən asılı olaraq 15-20 dəqiqə çəkir. Bundan sonrası isə məhkəmə-tibbi ekspertizasının və mollanın işidir. Başı sevişməyə qarışan cütlük elə bu vəziyyətdəcə ölür. Zəhərli qazın təsiri o dərəcə güclü olur ki, ikisi də eyni anda həyatla vidalaşır, biri digərinə yardım edə, kömək çağıra bilmir.

Tibbi ekspert qanın rənginə görə ölümün dəm qazından baş verdiyini təsdiq edə bilir. Lakin qarajda baş verən ölümlərdə meyitin daxili müayinəsinə ehtiyac qalmır. Hər şey biədəb formada bütün çılpaqlığı ilə ortada olur.

Hətta bir neçə ilə əvvəl şəhərlədən birində toyuna bir həftə qalmış qarajda bu vəziyyətdə ölən qızın atası uşağının meyitini qəbul etməkdən imtina etmişdi. Meyit isə baxış keçirildikdən sonra kimsəsizlər qəbiristanlığında dəfn edilmişdi (qanun hansısa meyitin çöldə qalmasına icazə vermir).

Kimsə deyə bilər ki, Allaha xoş getməyən əməllə qarajda yox, təbiət qoynunda məşğul olmaq təhlkəsizdir. Qətiyyən belə deyil. İstənilən model avtomobildə pəncərələr bağlı olduğu təqdirdə kondisioner və ya qızdırıcı işləyərsə salona dəm qazı dola bilər. Xüsusən də avtomobil küləyin əksi istiqamətinə dayanıbsa.

80-ci illərin sonlarında Azərbaycan SSR-in rayonlarının birində sürücü ilə qonşu qadın itkin düşür və rayon bir-birinə dəyir. Sürücü özü ilə idarələdən birinə məxsus PAZ avtobusu da aparmışdı. Bir neçə gün sonra meşədə qoyun otaran çobanlar sahibsiz avtobusu görüb milisə xəbər verirlər. Kənd camaatının bələdçiliyi ilə hadisə yerinə gələn milis avtobus salonunda çılpaq vəziyyətdə bir-birinə sarılıb o biri dünyaya pənah aparan sürücü və qonşu arvadın soyuq cəsədləri ilə qarşılaşır. Sən demə, salon isti olsun deyə, sürücü mühərrikin örtüyünü (PAZ-da mühərrik salonda yerləşir və plastik qapaqla örtülür) qaldırıb. Aşağı dövrdə işləyən mühərrikdən çıxan qazlar 2 aşiqi o dünyaya aparıb. Mühərrik isə yanacaq qurtaranadək işləyərək sönüb. Əsas məsələ budur ki, ölənlərin qohumları cütlüyün sevişərkən avtobus salonuna sərdikləri bahalı xalçaya sahib çıxmaq istəməyiblər.

Uzun sözün qısası, mühərriki işləyən qapalı və hərəkətsiz avtomobildə olmaq hər zaman təhlükəlidir. Bu cür xoşagəlməz işlərə görə ən təhlükəsiz vasitə elektromobildir ki, onun da qızdırıcı sistemini uzun müddət işlətmək mümkün deyil.

 

Vüqar Yaşaroğlu

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh