Banner

Avtomobili qışa necə hazırlayaq? – Bu məqamlara daha çox diqqət edin! - FOTO

Avtoxəbər 3 Noyabr 2022 13:38 Oxunub 1552
Avtomobili qışa necə hazırlayaq? – Bu məqamlara daha çox diqqət edin!   - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Havaların soyuması sürücüləri avtomobilə qulluq etməyə sövq edir. sürücülərin  avtomobilini qış rejminə hazırlamasını qaçılmaz edir. Qarlı və yağışlı hava şəraitində, sel suları basmış və ya buz bağlamış yollarda avtomobil idarə etmək çətin olduğu qədər də təhlükəlidir. Bu, sürücüdən hazırlıq və təcrübə tələb etdiyi kimi, avtomobilin də qış rejimində olmasını şərtləndirir. Əks halda yolda tez-tez qəzalar yaşanır və ya avtomobildə texniki problemlər ortaya çıxır. 
Mütəxəssislər xəbərdarlıq edir ki, vaxtında avtomobillərə düzgün texniki qulluq keçirilərsə, lazım olan əlavə tədbirlər görülərsə, qış fəslinin yaradacağı çətinliklərdən sürücünün də avtomobilin də asanlıqla çıxması mümkün olar. Həmçinin pis hava şəraitində yol qəzalarının da sayının xeyli azalmasına zəmin yaranar. 

Правильный уход за двигателем автомобиля зимой | Yell Live
Avtosfer.az xəbər verir ki, “Sahil usta” kimi tanınan Sahil Ağabəylinin sözlərinə görə, sürücülər indidən qış rejiminə keçməyə başlamalıdırlar: "İlk növbədə məsləhət görərdim ki, sürücülərimiz avtomobillərin təkərləri dəyişərək, qış təkərinə keçsinlər. Qışda mütləq şəkildə qarda və buzda gedə bilən təkərlərdən istifadə edilməlidir ki, tıxacda olarkən, yüksəkliklərə qalxarkən və ya enişdən enərkən  problemlər yaşanmasın. Lakin qış təkərlərinə keçməzdən öncə avtomobilin ön və arxa hissədə olan çatışmazlıqlar aradan qaldırılmalıdır.

Avtomobilinizi qışa necə hazırlamaq olar? | Məsləhətlər.

Təkərlə yanaşı qış rejiminə keçid zamanı digər mexanizmlərə də diqqət edilməlidir. Belə ki, qış aylarında yaş asfaltda avtomobilin sürüşməsi halları olsa da, yay aylarında bu baş vermir. Bu səbəbdən avtomobilin şassisində "şarovoy" dediyimiz  kürəvi və yaxud “tyaqa”ların hər hansının problemi varsa, bunları dəyişsinlər. Həmçinin avtomobili "razval" etdirdikdən sonra təkərləri dəyişsinlər ki, qışda problem yaşamasınlar".
Ustanın sözlərinə görə, avtomobili qış rejminə hazırlayarkən dəyişən təkcə təkərlər olmur, maşında istifadə edilən yağların da dəyişdirilməsinə ehtiyac var: "Bir çox sürücülər yay aylarında mineral yağlardan və ya yarımsintetik yağlardan istifadə edirlər. Qış aylarında avtomobillərin bu şəkildə işləməsi doğru deyil. Havalar soyuyanda sürücülərin yalnız tam sintetik yağlardan istifadə etməsi məsləhət görülür. Bu mühərrikin bir startdan işə düşməsini təmin edəcək".

Maşın yağı. Doğru olanı necə seçmək olar? - AvtoTachki
Qış aylarından sürücülərin tez-tez rastlaşdığı digər bir problem isə mühərrikin donmasıdır. Sahil usta bunun qarşısını  almağın yollarını da izah etdi: "Mühərrikdə yaranan donmanın qarşısnı almaq üçün antifriz maddəsi dəyişilməlidir. Qış mövsümü gələn zaman antifrizi tamamilə dəyişmək mütləqdir. Ola bilsin ki, sürücü yay aylarında buxarlanma olduğu üçün onun üzərinə su əlavə edə bilər. Belə olan hallarda qışda dəyişsələr daha yaxşı olar. Hərə öz ustasına yaxınlaşıb, antifrizin tərkibini yoxlatdırmalıdır. Antifriz madddəsinin neçə dərəcədə donması xüsusi aparatla ölçülür. Normada bu maddə ən azı 10-20 dərəcəyə qədər şaxtaya dözümlü olmalıdır. Əgər standartlara uyğun deyilsə, donmağa həssas olan maddə tamamilə mühərrikdən çıxarılmalıdır".

Особенности холодного запуска мотора зимой
Digər usta Dəniz Ağabəyli isə deyir ki,  avtobillərdə yaranan problemlər çox zaman pis hava şəraiti ucbatından yox, daha çox sürücülərin məsuliyyətsizliyi üzündən baş verir: "Bir az şaxta olan kimi avtomobilin mühərrikinin donmasının səbəbi  sürücülərin antifriz maddəsi əvəzinə sudan çox istifadə etmələridir. Az miqdarda antifriz maddəsinin üzərinə çoxlu su əlavə edirlər. Və yaxud sudan istifadə edib, sonradan antifrizə keçirlər. Bu isə "pompa"ların dağılması ilə nəticələnir. Blokun tıxacları deşilir, yararsız hala düşür. Təsadüfi deyil ki, sürücülərin ən çox şikayət etdiyi problem də budur. Digər bir problem isə mühərrikdə düzgün yağdan istifadə edilməməsidir”.

Nərminə Əli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh