Avtomobilinizə səhvən başqa markalı yanacaq vurulub? - Atmalı olacağınız ilk addımlar

Avtomobillərə səhvən başqa markalı yanacaq vurulması xəbərlərinə nadir də olsa rast gəlirik. Həttda sürücünün yanacaqdoldurma məntəqəsinin məhkəməyə verildiyini də eşidirik.
Həyatınızda heç olmasa bir dəfə belə xəbərlərlə qarşılaşmısınız? Bəs bu halla rastlaşdıqda nə etməliyik?
Avtosfer.az xəbər verir ki, bu barədə tədbirli olmaq üçün nə etməli olduğumuzu və bu məzmunda baş verə biləcək prosesi araşdıracağıq. Çünki bu sadə səhv avtomobiliniz üçün ciddi problemlər yarada bilər.
Bu cür hadisə ilə rastlaşdıqda bir neçə sadə, lakin təsirli addım atmaq qeyd etdiyimiz bu problemləri minimuma endirəcək.

İndi belə bir hal olarsa nə baş verdiyinə nəzər salmağa başlayaq.
Etməli olduğunuz ilk və ən vacib şey avtomobili işə salmamaqdır.
Başqa yanacaq əlavə edildikdə avtomobil işə salınarsa səhv yanacağın mühərrikin daha çox hissəsinə çatmasına səbəb olacaq. Bu, da daha çox zərər vura bilər.
Əlbəttə ki, bu məqamda, avtomobilinizi işə salmazdan əvvəl vəziyyəti görmək üçün kifayət qədər şanslı olmalısınız.
Deyək ki, o qədər də şanslı olmadın, yoluna davam etdin və vəziyyəti bir az sonra bildin...
İlk fürsətdə avtomobilinizi təhlükəsiz şəkildə yolun kənarına çəkin. Avtomobil sevisinə və ya evakuator xidmətinə zəng edin və onlardan avtomobilinizi ən yaxın sevisə aparmalarını xahiş edin.
Belə bir vəziyyətlə qarşılaşdığınız zaman atacağınız 2 addımı təqdim edirik.
Bəs servisə aparılan avtomobildə yaranan problem necə aradan qaldırılmalıdır?

Sevisdə, yanacaq çəni boşaldılmalıdır və yanacaq sistemi təmizlənməlidir. Bu proses səhv yanacağın mühərrikə və digər hissələrinə zərər verməsinin qarşısını almağa kömək edəcək. Eyni zamanda, yanacaq filtri də dəyişdirilməlidir. Əlbəttə ki, bu prosedurlardan əvvəl məlumat almaq üçün bir mütəxəssislə məsləhətləşmək və ya hətta müxtəlif xidmətlərlə əlaqə saxlamaq sizin xeyrinizə olardı.
Əgər belə bir vəziyyətə düşsəniz, qanuni hüquqlarınızdan istifadə etməli olacaqsınız.
Belə hallarda məsuliyyət ümumiyyətlə yanacaq şirkətinin üzərinə düşür. Ancaq bunu rəsmi şəkildə sübut etmək sizin hüquqi məsuliyyətinizdir. Vəziyyət baş verdikdən sonra 15 gün ərzində yanacaqdoldurma məntəqəsinə məlumat verməlisiniz. Nəzərinizə çatdıraq ki, bu şikayəti qanuni vasitələrlə etməlisiniz. Belə hallarda sübut kimi vurulan yanacağın qəbzinizi saxlamağı unutmayın!
Namiq Musayev
Azərbaycanda bu maşınlara tələbat artdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları
Bakıya gətirilən bu maşınlarda ciddi problem üzə çıxdı - VİDEO
Çin avtomobilləri ilə bağlı xəbərdarlıq - Sonradan bu problemlər ortaya çıxır
Yaponiyalı istehsalçı mexaniki ötürmədən imtina etmir
Uşaq arabasını “Lamborghini” istehsal etsə, qiymət də belə olar
Avtomobil sahiblərinin nəzərinə! - Xərclər artır
50-ci illərdə fara reklamı - FOTO










