Azərbaycanda verilən sürücülük vəsiqələri Ərəb Əmirliklərində də tanınacaq - Saziş imzalandı
Avtoxəbər
18 Noyabr 2022 18:30

Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin daxili işlər nazirlikləri arasında anlaşma memorandumu imzalanıb. Bu barədə Avtosfer.az-a Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Anlaşma Memorandumu”nun imzalanması məqsədilə Azərbaycan daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov 15-17 noyabr tarixlərində bu ölkədə səfərdə olub.
Anlaşma Memorandumu hər iki dövlətə yaşamaq məqsədi olmadan səfər edən vətəndaşlarına verilmiş sürücülük vəsiqələrinin tanınmasını, eləcə də nəzəri və praktiki imtahanlardan azad etməklə sürücülük vəsiqələrinin dəyişdirilməsini nəzərdə tutur.
Sənəd hər iki dövlətin milli qanunvericiliyinə əsasən keçirilən müvafiq prosedurların tamamlanmasından sonra qüvvəyə minəcək.
Oxunub : 1892
DİGƏR XƏBƏRLƏR
24 Noyabr 2026 09:18
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
23 Noyabr 2026 23:11
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR
23 Noyabr 2026 19:07
Bakıda ucuz avtomobillər satışa çıxarılır
23 Noyabr 2026 13:30
Bakıda fantastik qiymətə “06” satılır - 89 MİN MANAT! - FOTO
21 Noyabr 2026 20:24
Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - FOTO
21 Noyabr 2026 15:00
Azərbaycanda maşınlar ucuzlaşacaq - Yanvarın 1-dən...
20 Noyabr 2026 17:09
Elektromobillərə güzəşt tələbi: İdxal vergisi satışa necə təsir etdi? - FOTO
20 Noyabr 2026 17:00
Avtomobil təkərini hansı hallarda təmir etmək lazımdır? - Mütəxəssisdən tövsiyələr
19 Noyabr 2026 17:46
“Mercedes” 70-ci illərdəki prototipi hərraca çıxarır – 25 milyon USD - FOTOLAR
19 Noyabr 2026 16:39
"BMW" böyük dəyişikliklərə hazırlaşır: Bəzi məşhur modellər əvvəlki kimi olmayacaq - FOTO
19 Noyabr 2026 13:23
Evində maşını olanların NƏZƏRİNƏ!
18 Noyabr 2026 23:59
"BMW" sahiblərinə qəribə müraciət: Maşını qarajda saxlamayın
ŞƏRH YAZ











