Azərbaycanda avtomobillər sürətlə bahalaşır - SƏBƏB
Avtoxəbər
29 İyun 2021 14:05

Rəsmi məlumatlara əsasən, son bir ildə Azərbaycanda minik avtomobillərinin qiyməti 2 faiz yüksəlib. 2020-ci ilin mayında bir ədəd minik avtomobilinin orta qiyməti 34,84 min manat olduğu halda, 2021-ci ilin mayında 35,5 min manata yüksəlib. Bir il ərzində minik avtomobillərinin orta qiymətində 660 manat artım var.
Statistik məlumatların müqayisəsi göstərir ki, mövcud qiymətlər 2015-ci ildə olan devalvasiyadan sonrakı ən yüksək qiymətlərdir. 2016-cı ilin mayında minik avtomobillərinin orta qiyməti 22,58 min manat idi. Həmin tarixlə müqayisədə minik avtomobillərinin qiyməti 57 faiz artıb.
Bəs, avtomobil bazarında nə baş verir? Hansı amillər qiymət artımlarına səbəb olur?
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı sfera.az-a açıqlamasında avtomobil bazarında son bir neçə ildə qiymətlərin kəskin yüksəlməsini yeni avtomobillərin idxal xərclərinin artması ilə əlaqələndirdi. Son illərdə idxal edilən avtomobillərlə bağlı gömrük xərclərinin artdığını söyləyən ekspert qeyd etdi ki, idxalçılar bir neçə il əvvələ nisbətən indi daha çox vergi ödəyirlər: "Qəbul edilən inzibati qərarlarda əsas məqsəd idxalın azaldılmasıdır. 2014-cü ildən ekoloji standartların tətbiqi, kreditləşmənin məhdudlaşması, gömrük rüsumlarının və aksiz vergisinin artırılması idxal edilən avtomobilləri bahalaşdırır. İdxal edilən avtomobillər bahalaşdığından ölkəmizdə olan köhnə avtomobillərin də dəyəri yüksəlir. Məsələn, 2015-2016-cı illərdə 10 min manata satılan istismarda olan avtomobilin qiyməti hazırda 15-16 min manatdır. Məntiqlə köhnəlməyə görə həmin nəqliyyat vasitəsinin qiyməti düşməli idi. Amma qəbul edilən qərarlara görə yeni avtomobillər bahalaşdığından alıcılar köhnə avtomobil bazarına yönəlir ki, bu da qiymətləri artırır”.
R.Osmanlı hesab edir ki, yeni avtomobillərin idxal şərtləri yumşaldılmasa, avtomobil bazarında qiymətlərin artması davam edəcək. Onun fikrincə, bu halda avtomobil parkı bir qədər də köhnələcək.
Oxunub : 3290
DİGƏR XƏBƏRLƏR
12 Oktyabr 2026 18:54
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
12 Oktyabr 2026 17:41
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
12 Oktyabr 2026 17:16
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
12 Oktyabr 2026 15:36
Azərbaycanda avtomobillər bahalaşdı
11 Oktyabr 2026 19:47
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
10 Oktyabr 2026 13:45
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
9 Oktyabr 2026 21:12
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!
9 Oktyabr 2026 15:26
Bu şəxslərə pulsuz maşın verilir – SİYAHI
9 Oktyabr 2026 14:48
“Sığorta haqqını hesabla” xidmətindən istifadə ilə bağlı video-təlimat hazırlanıb - VİDEO
8 Oktyabr 2026 23:59
"5 il sonra Hyundai, Kia alan olmayacaq" - USTA
8 Oktyabr 2026 18:45
Bu üsulla cərimədən yayınmaq mümkün olmayacaq
8 Oktyabr 2026 14:11
Bu “Niva”ların qiyməti görənləri heyrətləndirir - FOTOLAR
ŞƏRH YAZ












