Avtomobillərin məcburi texniki baxışı ləğv edilə bilərmi? - AÇIQLAMA

Xəbər verildiyi kimi, Rusiya prezidenti Vladimir Putinin imzaladığı qərara əsasən, bu ölkədə məcburi texniki baxış ləğv edilib. Qərar bu il avqustun 23-dən qüvvəyə minəcək. Bəs görəsən, Azərbaycanda da avtomobillərin texniki baxışı ləğv edilə bilərmi?
Lent.az-ın “Bir sual, bir cavab” rubrikasının bu günə olan mövzusu məcburi texniki baxışla bağlıdır. Rubrikamızın sualına tanınmış avtomobil eksperti Eldəniz Cəfərov aydınlıq gətirib. O bildirib ki, fiziki şəxslərə aid olan avtomobillər üçün məcburi texniki baxış ləğv edilməlidir: “Düşünürəm ki, Azərbaycanda fiziki şəxslərin idarə etdiyi avtomobillərdən başqa bütün digər avtomobillər məcburi texniki baxışdan keçirilməlidir. Avtobuslar, taksilər və digər nəqliyyat növləri ildə bir dəfə məcburi texniki baxışdan keçirilməsi daha yaxşıdır.
Məlumdur ki, ildə bir dəfə texniki baxış yol polisi tərəfindən həyata keçirilir. Amma inanmıram ki, orada bütün marka avtomobillərin texniki baxışı mümkün olsun. Məsələn, “Bentley”, “Ferrari” və s. yoxlamaq üçün Dövlət Yol Polisində imkanlar olduğunu düşünmürəm. Ona görə də, bu texniki baxışlar lisenziyası olan rəsmi servislərə verilməlidir. Təkrar edirəm ki, bu fiziki şəxslərə deyil hüquqi şəxslərə aid olsa yaxşı olar. Amma maşını satmaq istəyən, onu kasko sığorta etdirmək istəyən fiziki şəxs olsa belə, avtomobili mütləq texniki baxışdan keçirməlidir.
Fiziki şəxslərin idarə etdiyi avtomobillərin məcburi texniki baxışı ləğv edilə bilər. Ən azından Rusiya modeli bunu sübut edir. Ancaq hüquqi şəxslər mütləq avtomobillərini məcburi texniki baxışdan keçirməlidir”.
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar










