Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır - VİDEO

Azərbaycanda 47, 53, 65, hətta 100 min manata avtomobil nömrələri satılır.
Bakıda avtomobil bazarında avtomobil qeydiyyat nişanı qiymətləri müxtəlif rəqəmlərlə alıcılara təqdim olunur.
Yol-nəqliyyat hərəkəti üzrə ekspert Rövşən Həsənov deyir ki, avtomobil qeydiyyat nişanlarının alqı-satqısı mümkün deyil və əslində bu prosedurun adı qeydiyyat nişanlarının bir adamın adından başqa adamın adına rəsmiləşdirilməsidir.
Ekspert bildirir ki, nəqliyyat vasitəsinə məxsus dövlət nömrə nişanının alqı-satqısı yalnız Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən həyata keçirilir.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi polis polkovnik-leytenantı Mübariz Ağayev açıqlamasında bildirdi ki, bu cür elanlar tamamilə qanunaziddir.
Hüquqşünaslar isə deyirlər ki, avtomobil nömrələrinin bu şəkildə satılması qanunazidd olsa da, qanunvericilikdə bununla bağlı hansısa cəza və ya inzibati tənbeh tədbirləri nəzərdə tutulmayıb.
Avropada elektromobil satışları bu səbəbdən artdı
Smartfonu avtomobildə enerji ilə doldurmaq yanacaq sərfiyyatını artırır?
5-6 nəfərlə yola çıxan sürücüləri nə gözləyir? - VACİB AÇIQLAMA
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir










