Azərbaycanda köhnə maşınların utilizasiyası necə tətbiq olunacaq? - AÇIQLAMA

Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı layihə hazırdır və razılaşdırılması üçün dövlət orqanlarına təqdim olunub.
Avtosfer.az xəbər verir ki, bunu açıqlamasında “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Etibar Abbasov deyib. “Bildiyiniz kimi, nəqliyyat vasitələrinin utilizasiyası üçün dövlət proqramı var. Dövlət proqramında bu, bir bənd olaraq göstərilib və bu prosesi İqtisadiyyat Nazirliyi həyata keçirir. Bununla bağlı layihə hazırdır və onun təsdiqindən sonra bu istiqamətdə fəaliyyətimiz davam edəcək”, - deyə E.Abbasov bildirib. Utilizasiya proqramı könüllülük əsasında tətbiq olunacaq və stimullaşdırıcı tədbirlər həyata keçiriləcək. Belə ki, köhnəlmiş və ya yararsız nəqliyyat vasitəsini utilizasiyaya verən şəxs yeni istehsal olunmuş nəqliyyat vasitəsi alarkən ona müəyyən məbləğdə endirim edilməsi, endirim əldə etmək niyyətində olmayan şəxslərə isə alternativ olaraq müəyyən məbləğdə birdəfəlik ödənişin edilməsi nəzərdə tutulur. Qeyd edək ki, 12 mart 2009-cu ildə “Təmiz Şəhər” ASC dövlət qeydiyyatına alınmış və öz fəaliyyətinə başlayıb. Cəmiyyətə tullantıların yerləşdirilməsini və utilizasiyasını müasir standartlara cavab verən şəkildə qurmaq və idarə etmək, bu prosesi mütəşəkkil qaydada həyata keçirmək, həmçinin şəhərin ekoloji vəziyyətini yaxşılaşdırmaq və qeyd olunan sahənin gələcəkdə mərhələlərlə bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf etdirmək həvalə olunub.(Report)
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?
Avtomobilini şarj edənlərin NƏZƏRİNƏ! - Nazirlikdən xəbərdarlıq
Azərbaycanda mənzil qiymətinə avtomobil nömrələri - SİYAHI
Çin təkərlərinin heç biri qış testini keçə bilmədi
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI - FOTO
Tıxacda qalmaq xərçəngə də yol aça bilər - MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ
Maşının şüşəsinə gerb yapışdıranları nə gözləyir? - AÇIQLAMA












