Bakıda bu küçələrə avtomobillərin girişi birdəfəlik QADAĞAN edilə bilər - AÇIQLAMA
Avtoxəbər
5 Yanvar 2022 20:41

Şəhərin mərkəzinə avtomobillərin daxil olması zaman-zaman müzakirə obyektinə çevrilib, vətəndaşlar, o cümlədən bəzi ictimai şəxslər tərəfindən tənqid edilib. Xüsusilə İçərişəhərdə avtomobillərin çoxluğunun insanların rahat gəzməsinə, tarixi görüntüyə zərər vurduğu bildirilir. Bütün Dünyada "Təmiz şəhər" layihələrinin bir nömrəli məsələsinə çevrildiyi bir dövrdə paytaxtımızda bu məsələnin hələ də həllinin tapılmaması narazılığa səbəb olur. Son vaxtlar yaşanan tıxaclar da bu məsələni bir daha gündəmə gətirdi. Bütün bunlar nəzərə alınaraq şəhərin mərkəzinə avtomobillərin girişinə məhdudiyyət qoyula bilərmi?
Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sfera.az-a açıqlamasında deyib ki, bəzi küçələrə avtomobillərin buraxılmasının məhdudlaşdırılması əslində hamının arzuladığı şeydir: "Düzdür, bir sıra imkanlı şəxslər, maşınla hər yerə getmək istəyənlər, hətta imkan olsa mağazaya, restorana da maşınla girməyə çalışanlar bunu istəməz. Amma ümumilikdə ətraf mühitin qorunması, insanların rahat hərəkəti üçün düşünürəm ki, şəhərin mərkəzi küçələrinə, eləcə də İçərişəhərə avtomobillərin girişini məhdudlaşdırmaq lazımdır. Bununla paralel olaraq, parklanma yeri olmalıdır ki, vətəndaşlar heç olmasa, ora yaxın ərazilərə avtomobilini rahat park edib düşə bilsinlər. Təsəvvür edin, "Taqovı”ya maşınla girmək qadağandır, siz aidiyyatı qurumların dediyi qaydada park yeri tapmaq üçün Azadlıq meydanının altında maşını park etməli və oradan qayıdıb yenidən "Taqovu”ya gəlməlisiniz. Bu nə qədər məsafədir, insanlar necə qəbul edəcək, ümumiyyətlə, bu, real ola bilərmi? Qəliz məsələdir”.
Müsahibimiz bildirib ki, İçərişəhər tarixi ərazidir və qoruq kimi qorunmalıdır: "Buna baxmayaraq, həmin ərazidə restoranlar, otellər, xarici ölkələrin səfirlikləri fəaliyyət göstərir. Yüzlərlə, minlərlə maşın ora girib çıxır. Turizm nöqteyi-nəzərdən yanaşsaq, başa düşüləndir. Amma biz də başqa ölkələrdə oluruq, oralarda turistik zonaların hər birinə maşınla girmirlər axı. Hamı avtomobilini restoranın qabağında saxlamalıdır? Xeyr. Bu, heç bir qanunda yazılmayıb. Sadəcə olaraq, təəssüf ki, biz əlimizdə olan tarixi imkanlarımızın qədrini bilmirik, dağıdırıq, bərbad vəziyyətə salırıq, sonra da deyirik ki, tarixi abidələr məhv olur, kömək edin. Fikrimcə, alternativ variantlar təklif etməklə həmin ərazilərə avtomobillərlə girişi məhdudlaşdırmaq lazımdır. İlk növbədə İçərişəhəri təmizləməyə ehtiyac var, orada yaşıllıqlar azdır, binalar müasir tikinti norma və tələblərinə uyğun deyil, avtomobillərin hərəkəti onları tez sıradan çıxara bilər. Oranın tarixi görünüşü qorunub saxlanılmalıdır, insanlar rahat gəzməlidirlər. İçərişəhəri gəzməyə gedən ailə baxırsınız ki, sağda-solda divarlara sürtünərək gəzir ki, maşın vuracaq. Belə olmamalıdır”.
Oxunub : 4608
DİGƏR XƏBƏRLƏR
5 Oktyabr 2026 21:50
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
5 Oktyabr 2026 17:18
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
5 Oktyabr 2026 14:11
Avtomobil sığortası BAHALAŞACAQ?
4 Oktyabr 2026 23:14
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
4 Oktyabr 2026 13:39
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
4 Oktyabr 2026 08:59
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı
2 Oktyabr 2026 19:12
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
2 Oktyabr 2026 17:06
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
1 Oktyabr 2026 20:28
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
1 Oktyabr 2026 15:56
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
1 Oktyabr 2026 12:18
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?
1 Oktyabr 2026 11:18
Avtomobilini şarj edənlərin NƏZƏRİNƏ! - Nazirlikdən xəbərdarlıq
ŞƏRH YAZ












