Bakıda lüks avtomobillər buna görə cərimələndi - VİDEO

Bakıda Aşıq Molla Cümə küçəsində avtomobillərin kütləvi şəkildə qayda pozuntusuna yol verdiyi aşkarlanıb.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ASAN xidmətin yaxınlığında yerləşən ərazidə sürücülərin ayırıcı zolaqda, yəni hərəkətin qadağan olunduğu ərazidə avtomobillərini park etməsi digər hərəkət iştirakçılarının narazılığına səbəb olub.
Belə ki, qeyd edilən ərazidə çəkilən zolaqlarda avtomobil park edən şəxslər həmin yol kənarını səhvən parkinq ərazisi hesab etdiyi üçün qanuni şəkildə düzgün formada tərtib olunmuş protokollardan Bakı şəhər Dövlət Yol Polis İdarəsinə şikayətlər göndəriblər.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, yollarda salınan təhlükəsizlik adacıqları, ayrıcı zolaqlar nəinki parklama yeri, hətta hərəkət üçün qadağan olunur:
“Həmin ayırıcı zolağın qarşısında isə 1.1 üfiqi nişanlama xətləri çəkilib, yəni standartlar pozulmayıb. Sadəcə kimə necə sərf edirsə, məsələnidə özünə uyğun şərh etməyə çalışır, məsuliyyəydən yayınmağa cəhd edir. Bir daha həmin ərazidən istifadə edən şəxslərdən xahiş edirik ki, nəzərə alsınlar ki, bu ərazi parkinq yeri deyil. Yaxınlıqda isə parklama üçün qanuni olan böyük bir ərazi var. Bir daha qaydalara əməl etməyi və nəticədə cərimə olunmamağınız üçün məsuliyyətli davranış nümayiş etdirməyinizi xahiş edirik”.
Qeyd edək ki, sözügedən yolda əsasən, lüks avtomobillərin park edilməsi diqqət çəkib.
Benzin qıtlığı elektrikli maşınlara tələbatı artıracaq - AÇIQLAMA
"Ford" 741 mindən çox avtomobili geri çağırır - "Karopka"da problem var
Çin təkərləri avropalı istehsalçılar üçün problem mənbəyinə çevrilir - FOTO
Çin avtomobilləri üçün saxta detal yoxluğunun səbəbi
Niyə bir çox avtomobildə maksimal sürət 250 km/saatdır?
Avtomobil bazarında KƏSKİN UCUZLAŞMA - “Maya dəyərindən də aşağı satılır”
Azərbaycanda Çin maşınları bahalaşacaq? - Yeni tarif tətbiq edilib
Çin avtomobillərində detal problemi: VİN nömrə düzgün nəticəyə zəmanət deyil
"VAZ-2107"də işindən bixəbər olduğumuz cihaz - FOTO
92 oktanı 95-ə “çevirən” həblərin satışında rekord artım
İsti havada maşının qızmasının qarşısını almaq üçün NƏ ETMƏLİ?










