Bakıda maşınların sayı artır, Berlində azalır – SƏBƏB

Bakıda şəxsi avtomobillərin sayının günbəgün artdığı göz qarşısındadır. Buna paralel olaraq tıxaclar da artır, ekologiya pisləşir və s. Amma Varopanın böyük şəhərlərində əks proses baş verir. Bəs səbəb nədir?
Avtosfer.az xəbər verir ki, Berlin, Paris və Cenevrədə şəxsi avtomobillər ildən ilə azalır və bu azalma hiss ediləsək həddədir. Bunun yeganə səbəbi vergi, sığorta və yanacaq deyil. Statistikaya diqqət edək.
Parisdə gündəlik 430 minədək avtomobil küçəyə çıxır. 50 il əvvəl isə bu rəqəm 2 milyondan yuxarı idi. Hazırda parislilərin 68%-nin avtomobili yoxdur. Ailələrin cəmi 34%-nin maşını var. 1990-cı ildə göstərici 46% idi.
Berlində 2012-ci ildə hər min sakinə 342 maşın düşürdüsə, 2023-cü ildə göstərici 338-ə enib.
Avropa İttifaqına üzv olmayan İsveçrənin Cenevrə şəhərində ötən ilin statistikasına görə 215 min avtomobil var. Bu da 2005-ci illə müqayisədə 10 min ədəd, daha doğrusu 4,3% azdır.
Lakin hər 3 ölkədə avtomobillərin ümumi sayı artır. Regionlarda avtomobillərin sayının artması zərurətdən irəli gəlir. Periferiyada, ictimai nəqliyyatın olmadığı ərazilərdə hərəkət üçün avtomobil əvəzedilməzdir.
Lakin Berlin, paris, Cenevrə kimi şəhərlərdə insanları avtomobildən uzaqlaşdıran səbəb ictimai nəqliyyatın əlçatanlığıdır. Cenevrədə tramvay dayanacaqları arasında məsafə 300 metrdir. Parisdə metro şəbəkəsi çox gözəl qurulub. Almaniyanın böyük şəhərlərində isə sərnişindaşımada əsas yük elektrik nəqliyyatınındır, yəni metro və tramvayın.
Avropada sürücülərin yaş həddi də artır. Artıq böyük şəhərlərdə maşın sürənlərin əksəriyyəti pensiyaçılardır. Şəhərdə yaşayan gənclər avtomobil almağa sadəcə olaraq lüzum görmürlər. Tarixi məkanların əksəriyyəti isə avtomobillər üçün ümumiyyətlə bağlıdır.
Vüqar
Minlərlə avtomobil təcili servislərə geri çağrılır - Yanğın riski var
Çin avtomobilləri ilə bağlı gizli problem üzə çıxdı: Ən böyük risk...
Azərbaycanda avtomobillərin rəqəmsal pasportlaşdırılması təklif olunur
İki il əvvəl istehsal olunmuş "BYD" və "Changan"lar utilizasiyaya verildi - SƏBƏB bu imiş...
Rəsmi qurumlardan sürücülərə ciddi xəbərdarlıq: Bu avtomobillər qəfil yana bilər
Quşlar niyə özlərini avtomobil təkərlərinin altına atırlar? - ŞOK SƏBƏB
Maşın almaq istəyənlərə VACİB XƏBƏR - Ən sərfəli modellər
Bakını qorxuya salan “Qara Volqa”- SSRİ dövrünün ən sirli qarəti necə açıldı? - FOTO
Etibarnamələrin sayı sığorta qiymətini artırır? - Ekspertdən CAVAB
İcbari avtomobil sığortasında YENİ QAYDALAR - Sürücüləri hansı dəyişikliklər gözləyir?
2026-cı ilin avtomobilində saxta mexaniki ötürmələr qutusu











