Başqasının cərimələri adına gələn sürücünün problemi həll edilib - DYP-dən AÇIQLAMA

Dünən Avtosfer.az saytında avtomobilinin nömrəsini dəyişməklə ünvanına göndərilməli olan cərimə və protokolların başqa vətəndaşın adına tərtib edilməsinə “nail olan” sürücü ilə bağlı xəbər yayımlamışdıq. Belə ki, qayda pozmadığı halda cərimələnən sürücü redaksiyamızın qaynar xəttinə müraciət ünvanlamışdı. Avtosfer.az-a məlumat verən Əhəd Məmmədov adlı sürücü deyib ki, ona məxsus 77-DE-821 qeydiyyat nişanlı "KIA" markalı avtomobillə qayda pozmadığı halda barəsində elektron qərarlar tərtib olunub.
Məsələ ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru polis leytenantı Elvin Hacıyev saytımıza açıqlama verib. Bildirib ki, sözügedən nəqliyyat vasitəsinin sürücüsü tərəfindəmn yol verilən qayda pozuntusu foto və video-qeydiyyat funksiyasına malik xüsusi texniki vasitənin köməkliyi ilə aşkar edilərkən şəxs barəsində yanlış elektron qərar çıxarılıb. Məsələ tərəfimizdən araşdırılaraq texniki xəta aradan qaldırılıb.
Səfər
Elektromobillərə güzəşt tələbi: İdxal vergisi satışa necə təsir etdi? - FOTO
Avtomobil təkərini hansı hallarda təmir etmək lazımdır? - Mütəxəssisdən tövsiyələr
“Mercedes” 70-ci illərdəki prototipi hərraca çıxarır – 25 milyon USD - FOTOLAR
"BMW" böyük dəyişikliklərə hazırlaşır: Bəzi məşhur modellər əvvəlki kimi olmayacaq - FOTO
Evində maşını olanların NƏZƏRİNƏ!
"BMW" sahiblərinə qəribə müraciət: Maşını qarajda saxlamayın
Elektromobillərin daha bir mənfi tərəfi üzə çıxdı
Avtomobilin sobası niyə yaxşı qızdırmır? - 5 əsas SƏBƏB
Böyük dövrlü mühərrik elektromobil üçün üstünlükdürmü?
Çin avtomobili kraş-testdə 0 bal aldı - VİDEO
Süni intellektə görə avtomobillər bahalaşa bilər












