Bu funksiya deaktiv edilərsə avtomobilin zəmanəti ləğv oluna, sığorta ödənilməyə bilər

Avtomobillərin yanacağa qənaət etməsi və son nəticədə ekologiyaya az ziyan vurması üçün konstruktorlar müxtəlif üsullara əl atırlar. Onlardan biri də əsasən benzin mühərrikli avtomobillərdə quraşdırılan Start&Stop sistemidir.
Avtosfer.az xəbər verir ki, bu sistem sayəsində yanacağa bir neçə fazi qənaət etmək mümkün olur. Dəqiq ölçmələr zamanı sistemin tətbiqi sayəsində atmosferə atılan qazların azaldığını görmək mümkündür.
Lakin sürücülərin əksəriyyəti bu avadanlıqdan narazıdır. Səbəb də bəllidir: akkumulyator və starter tez sıradan çıxır, nazimçarxın tacı tez yeyilir və s. Bir sözlə, yanacağa edilən cüzi qənaətin əvəzində bahalı starter və nazimçarx almaz lazım gəlir. Bu səbəbdən sürücülərin çoxu Start&Stop sistemini deaktiv edir. Lakin indi vəziyyət dəyişir.
Avropa ölkələrində yaxın vaxtlarda texniki baxış zamanı bu sistemin işlək olub olmadığı da yoxlanılacaq. Bəzi avtomobil şirkətləri isə sistemi deaktiv edən sürücülər üçün zəmanəti ləğv etməyə başlayıb. Almaniyada isə, sistemin daim deaktiv edildiyi sübut olunarsa, sığorta şirkəti qəza zamanı kompensasiyadan imtina edə bilər.
Ümumi rəy belədir ki, ekologiyanın sağlamlaşdırılması üçün tətbiq edilən avadanlıq şəxsi mülahizə ilə işdən ayrıla bilməz.
Vüqar
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!
Bu şəxslərə pulsuz maşın verilir – SİYAHI
“Sığorta haqqını hesabla” xidmətindən istifadə ilə bağlı video-təlimat hazırlanıb - VİDEO
"5 il sonra Hyundai, Kia alan olmayacaq" - USTA
Bu üsulla cərimədən yayınmaq mümkün olmayacaq
Bu “Niva”ların qiyməti görənləri heyrətləndirir - FOTOLAR
İş adamı və arvadının tabutu avtomobil formasında dizayn edildi - FOTOLAR
“50 qəpik”də maşın yuyanların NƏZƏRİNƏ
Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI












